Icma.az
close
up
RU
İtaliya saytı Azərbaycandakı Alban Udi xristian icmasından yazıb AZƏRTAC

İtaliya saytı Azərbaycandakı Alban Udi xristian icmasından yazıb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Roma, 24 yanvar, AZƏRTAC

İtaliyanın “Med-Or” Fondunun saytında Azərbaycanda yaşayan Alban-Udi xristian dini icması haqqında məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetinin jurnalisti Rossella Fabianinin müəllifi olduğu “Udi icmasının yaşadığı Azərbaycan dağlarında” sərlövhəli məqalədə Alban-Udi xristian dini icmasının Azərbaycanın dağlıq regionunda – paytaxt Bakıdan təxminən 240 kilometr uzaqlıqda yerləşən Qəbələ rayonunun Nic qəsəbəsində yaşadığı bildirilir. Məqalədə diqqətə çatdırılır ki, udilər eramızın IV əsrində xristianlığı qəbul etmiş Qafqazın qədim alban əhalisinin törəmələridir.

Jurnalist Bakıdan Şamaxıyadək olan yol boyu Qafqaz ərazisini görmək imkanı əldə etdiyini, avtomobilin pəncərəsindən müxtəlif mənzərələrin - ən səhra ərazilərdən üzüm tinglərinin olduğu yaşıllıqlara, portağal, şabalıd ağaclarına qədər- şahidi olduğunu bildirir. Bildirir ki, Nic yolu Şamaxıya, oradan da Gürcüstana gedən yoldur. Vaxtilə Azərbaycanın paytaxtı olan Şamaxı çoxlu zəlzələlərin baş verdiyi ərazidədir: “1902-ci ildəki zəlzələdə şəhər tamamilə dağılıb. Gözəl təbiəti olan Şamaxı Qafqazın ən qədim şəhərlərindən biridir”.

Rossella Fabiani səfər müddətində Alban-Udi xristian dini icmasının sədri Robert Mobilinin onu müşayiət etdiyini deyir: “Səfər zamanı Robertin bizə göstərdiyi Böyük Qafqaz dağlarını görürük. O deyir: Kiçik Qafqaz dağları Qarabağdadır. Böyük Qafqaz dağları isə Qubadan başlayıb, Qara dənizdə bitir”.

Məqalədə qeyd olunur ki, Nic qəsəbəsində 5 məktəb var. Burada dərslər Azərbaycan və rus dillərində, dördüncü sinfə qədər isə udi dilində tədris olunur. Nic qəsəbəsindəki 5 nömrəli tam orta məktəbin direktoru Venera Antonova qədim udi dilini öyrətmək üçün iki kitab yazıb. Robert Mobili də udi dilinin qorunub saxlanması üçün böyük işlər görüb. O, Azərbaycan dili-udi dili lüğətini tərtib edib.

Yazida Robert Mobilinin digər fikirlərinə yer verilir: “Bizim kilsəmiz 1836-cı ilədək, daha dəqiq desək, həmin il martın 11-nə, rus çarı I Nikolayın Alban kilsəsini Erməni Qriqorian kilsəsinə tabe etmək qərarına gəldiyi vaxtadək mövcud ola bildi. Həmin vaxtdan etibarən alban mənbələrinin erməni dilinə tərcüməsi başlandı. Udilər bu qərarı rədd edərək evdə ibadət etməyə başladılar. Onlar qriqorianlaşmaq istəmirdilər və dillərini, kimliklərini qoruyub saxladılar. Çar Rusiyası Qafqazda “parçala, idarə et” prinsipini dəhşətli şəkildə tətbiq etdi: xalqları parçaladı, dindən istifadə edərək nifrət hissi yaydı”.

“Biz apostol kilsəsiyik, çünki 12 həvaridən biri olan Varfolomey eramızın 71-ci ilində Bakıya gəlib. Həvari Bakının tarixi hissəsi olan İçərişəhərdə şəhid olub, burada ona həsr olunmuş kilsə də var idi. Kilsə sovet dövründə dağıdıldığı üçün bu gün artıq mövcud deyil. Varfolomeydən əvvəl Qüdsün ilk patriarxı Müqəddəs Yaqubun adından Qafqaza göndərilmiş Müqəddəs Yelişanın bu torpaqlarda xristianlığı və Qafqazın ən qədim kilsəsi olan Kişi təbliğ edib. Üç illik bərpa prosesindən sonra Kiş kilsəsi bu gün əvvəlki quruluşuna qayıdıb. Gürcü və erməni kilsələri də onu Qafqaz kilsələrinin “anası” hesab edirlər. Bu kilsələrin öz kanonik əraziləri var idi ki, bu da indiki Azərbaycanın ərazisinə uyğundur. 313-cü ildə Milan fərmanı ilə xristianlıq dövlət dini oldu. O dövrdə Azərbaycanda da monastırların, kilsələrin və ibadətgahların tikintisinə yeni təkan verildi. Lakin ölkədə xristianlığın əsl çiçəklənməsi Qafqaz Albaniyasının hökmdarlarından biri olan Cavanşir sayəsində baş verdi və onun dövründə çoxlu kilsələr tikildi. Onun at belində kiçik heykəli Kiş kilsəsində nümayiş etdirilir”, - deyə yazıda qeyd olunur.

Robert Mobili deyir: “Mən İordan çayında vəftiz edildim və Atos dağını ziyarət edən ilk azərbaycanlı oldum. Burada Ksenofont monastırının arximandriti Aleksi öz xaçını mənə verdi. Biz Qüds kilsəsinə, eləcə də Efiopiya və Suriya kilsələrinə yaxınıq. Şərqli qardaşlarımızla əlaqə saxlaya bilməyərək keçirdiyimiz uzun illər liturgiyamız haqqında biliklərimizin çoxunu itirdik. Bu səbəbdən keşişlərimiz liturgiyamızı yenidən öyrənmək üçün qədim Suriya kilsəsinin olduğu Türkiyənin Mardin şəhərinə gedirlər. Mardində türkcə danışırlar və bunu başa düşmək bizim üçün çətin deyil. Bizi iki həftə qarşılayır və qədim kilsələrinin ayinlərini öyrədirlər”.

Yazıda qeyd olunur ki, 1996-cı ildə Sinay Palimpsestinin kəşfi eramızın 5-ci və 6-cı əsrlərində udi dilinin mövcudluğunu sənədləşdirir. Alimlər palimpsestdə bütün oxunaqlı səhifələri şərh edib və qədim albanların liturgik dili ilə udi dili arasında davamlılıq tapıblar.

“Xristian reallığımız bizim üçün o qədər canlıdır ki, bütün cəmiyyət tariximizi dirçəltməyə və tanıtmağa sadiqdir. 2002-ci ildə Roma Papası II İoann Pavel Bakıya gələndə biz ona alban xaçımızı təqdim etdik və o anın fotosu kəndimizdə, hər kəsin görə biləcəyi xüsusi yerdə - Nic qəsəbəsindəki “Cotari” alban kilsəsindədir”, - deyə Robert Mobili qeyd edir.

Məqalədə vurğulanır ki, bu gün dünyada təxminən 10 min udi var. Nic qəsəbəsində 4 min, Oğuz rayonunda isə 100-ə yaxın üdi var və bəziləri də Bakıda yaşayır. Qalanları isə Rusiyada, Gürcüstanda, Qazaxıstanda və Ukraynadadır. Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Belarus, Litva və Qırğızıstanda kiçik icmalar da var.

Robert Mobili deyir ki, onların hamısı Sovet İttifaqının dağılmasından sonra iqtisadi səbəblərdən buradan köçüblər. Bu gün biz yaşayan xristian icmasıyıq və əsasən kənd təsərrüfatı ilə məşğul oluruq: “Ötən il Bakıda keçirilən ilahiyyat kursunun ikinci hissəsi Nicdə keçiriləcək. Gələcək ilahiyyatçılar, sonradan keşiş təyin olunacaq insanlar burada təhsil alacaqlar. Həmçinin onlar təcrübə mübadiləsi və liturgiya öyrənmək üçün Türkiyənin Mardin şəhərinə gedəcəklər”.

Qeyd edək ki, Rossella Fabiani daha əvvəl Azərbaycana səfəri ilə bağlı silsilə məqalələr dərc edib, Qafqaz Albaniyası xristian memarlığından, o cümlədən Xudavəng, Gəncəsər və Xatirəvəng kilsələri haqqında yazıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri