Icma.az
close
up
RU
Qlobal elmi media şəbəkəsi Azərbaycandakı arxeoloji kəşflərdən yazıb AZƏRTAC

Qlobal elmi media şəbəkəsi Azərbaycandakı arxeoloji kəşflərdən yazıb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan və Avropanın müxtəlif elmi mərkəzlərini təmsil edən arxeoloqların Goranboy rayonu ərazisində azərbaycanlı həmkarları ilə apardıqları birgə elmi tədqiqatlar barədə məlumat beynəlxalq “Phys.org” elm saytında dərc edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Qeyd olunub ki, elmi yeniliklər üzrə ixtisaslaşmış “Phys.org” texnoloji və tibbi tədqiqatlar üzrə ən son məlumatları yayımlayan “Tech Xplore” və “Medical Xpress” veb-saytları ilə birlikdə qlobal əhatə dairəsi aylıq 10 milyondan çox oxucusu olan və hər gün 200-dən çox yüksək keyfiyyətli məqalə dərc edən “Science X” qlobal media şəbəkəsinə daxildir.

Kiel Universitetinin (Almaniya) məlumatlar bazasına istinadən dərc edilən məqalədə qeyd olunur ki, uzunluğu 1000 kilometrdən çox, hündürlüyü 5600 metrə çatan Qafqaz dağ silsilələri Xəzər və Qara dənizləri arasında uzanır. Bu, bir nəhəng təbii maneə kimi görünsə də, əslində, min illər boyu Qərbi Asiyanın yüksək dağları ilə Cənub-Şərqi Avropanın çölləri arasında mühüm əlaqə və mübadilə zonası olmuşdur. Amma Qafqazdan və qonşu regionlardan əldə edilən arxeoloji məlumatlar fraqmentar olaraq qalır.

Kiel Universitetinin “Cluster of Excellence ROOTS” proqramı layihəsi çərçivəsində avropalı tədqiqatçılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutundan olan həmkarları ilə birlikdə 2021-ci və 2023-cü illərdəki iki çöl tədqiqatı mövsümündə Azərbaycanda 1300-dən çox arxeoloji obyekti sistemli şəkildə müəyyən edərək sənədləşdiriblər.

Aparılan tədqiqatların nəticələri beynəlxalq elmi “Antiquity” və “Archaeological Prospection” jurnallarında dərc edilib. İki mövsüm aparılan çöl araşdırmaları zamanı komanda uzaqdan zondlamadan tutmuş “in-situ” geofiziki ölçmələrə qədər müxtəlif tədqiqat metodlarının birləşməsindən istifadə edib.

Xəbərdə qeyd edilir ki, 1960-1970-ci illərin çox erkən peyk şəkilləri ilə müasir təsvirlərin müqayisəsi də landşaftda dəyişiklikləri aşkar edib. “Qazıntı işlərindən əvvəl bu şəkillərin təhlili, ehtimal olunan kurqanların əhəmiyyətli sayda çox olduğunu təsdiqlədi”, - deyə layihə meneceri arxeoloq Andrea Ricci bildirib.

Arxeoloji ekspedisiya landşaftın 3D modellərini yaratmaq üçün bir neçə hektar ərazinin fotoşəkillərini çəkib. “Belə inteqrasiya olunmuş üsullar kurqanların ölçülərini və məkan əlaqələrini indiyə qədər heç vaxt əldə olunmamış intensivlik və dəqiqliklə sənədləşdirməyə imkan verir ki, bu da kurqanların çox vaxt qrup halında yerləşdiyini göstərir”, - deyə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov beynəlxalq elmi veb-sayta açıqlamasında bildirib.

Xəbərdə xüsusi olaraq vurğulanır ki, geomaqnit və elektromaqnit ölçmələri, yerin altındakı strukturları aşkar edən georadarların istifadəsi kurqanların formasını və ölçüsünü sənədləşdirmək üçün geniş imkanlar yaradıb. Təkcə Uzun Rəmə yaylasında beynəlxalq arxeoloji komanda 1200-dən çox kurqan müəyyən edə bilib. Bunlardan yalnız 200-ə yaxını əvvəllər məlum idi. Qaraçay vadisi boyu daha 85 kurqan aşkar olunub. Onlar eramızdan əvvəl IV və I minilliklərə aiddir. Kurqanlara əlavə olaraq, arxeoloji komanda Son Tunc-Erkən Dəmir dövrünə aid dəfn yerləri və ya fərdi qəbirləri, həmçinin Xalkolit (e.ə. V-IV minillik) dövrünə və orta əsrlərə (X-XV əsrlər) aid yaşayış yerləri müəyyən edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri