Icma.az
close
up
RU
İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? FOTOLAR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? FOTOLAR

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər birini təxminən 1 avroya almaqla qeyri-adi sərmayə qoyub.
 

Sfera.az bildirir ki, bu addım tərk edilmiş əmlakların bərpasına və yeni sakinlərin cəlb edilməsinə yönəlmiş yerli təşəbbüslə mümkün olub.
 

Rubiyanın dostları əvvəlcə onun belə sərfəli alış haqqında hekayəsinə inanmayıblar. Ancaq 2019-cu ildə qadın əri və qaynı ilə birlikdə sənədləri tamamlamaq və iddialı bir layihəyə başlamaq üçün İtaliyaya gedib. Ümumilikdə o, inzibati rüsumlara və agentlik xidmətlərinə təxminən 22,600 avro xərcləyib.
 

Alınan evlər müxtəlif dərəcədə dağılmışdı: bəziləri damlarını və əsas kommunal xidmətlərini itirmişdi. Bununla belə, Rubiyanın planlaşdırma üzrə məsləhətçi kimi çoxillik təcrübəsi ona öz qabiliyyətlərinə inam qazandırıb.


Tamamilə dağılmış birinci ev artıq tam bərpa olunub. Rubiyanın dediyinə görə, indi möhtəşəm mərmər yataq otağı var. Təmir təxminən 56 655 avroya başa gəlib və qadın ümid edir ki, növbəti 50 il ərzində əlavə işə ehtiyac olmayacaq.


Rubiyanın planları təkcə yaşayış binaları ilə məhdudlaşmır. O, altı obyektdən birini yoqa və meditasiya dərsləri ilə sağlamlıq mərkəzinə çevirməyi planlaşdırır. Onun hesablamalarına görə, digər evlərin təmiri birincidən xeyli az başa gələcək.
 

Peşəkar təcrübəsi sayəsində Rubiya yenidənqurmaya şəxsən nəzarət edir və ailəsini işə cəlb edir. O, həmçinin yerli materiallardan və xidmətlərdən istifadə etməyə çalışır.
 

Rubiyanı təkcə aşağı əmlak qiymətləri deyil, həm də Mussomelidəki rahat həyat tərzi cəlb edirdi.
 

"Heç kim tələsmir, hər şey əlçatandır. Qəhvə və kruassanın qiyməti 1,50 avrodur. Kaliforniya çox gərgin yerdir və hər şey çox səthidir” - deyə o qeyd edib.
 

İndi Rubiyanın 70 və 82 yaşlı iki xalası təqaüdə çıxmaq üçün Mussomeliyə köçməyi planlaşdırır. Bu təşəbbüs sayəsində bir vaxtlar az tanınan Siciliya şəhəri beynəlxalq diqqəti cəlb edir. Qadının sözlərinə görə, onun evlərindən birinə artıq 30-a yaxın potensial alıcı baxır.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 May 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri