İtaliyadan Türkiyəni sevindirən xəbər: Mətbuat elə bir iddia yaydı ki...
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyanın köklü nəşrlərindən olan “Il Gazzettino” Türkiyənin geosiyasi mövqeyinə dair geniş təhlil dərc edib. News24.az-ın xəbərinə görə, qəzetin baş redaktoru Roberto Papetti yazır ki, Ankara həm Asiya, həm də Avropa arasında körpü rolunu oynadığı üçün Qərbin Türkiyədən uzaqlaşması mümkün deyil.
Papettinin sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın praqmatik və çoxtərəfli xarici siyasəti Türkiyəni təkcə regional güc olmaqla kifayətlənməyib, həm də qlobal aktora çevrilmək imkanı yaradıb:
“Türkiyə bu gün bir çox danışıqlar masasında söz sahibidir. Həm NATO, həm də Avropa üçün onsuz mümkün deyil”, – deyə o vurğulayıb.
Məqalədə bildirilib ki, Ankara bəzən “qıcıqlandırıcı müttəfiq” kimi görünsə də, ondan imtina etmək Qərb üçün strateji baxımdan ciddi səhv olardı. Papetti, həmçinin Türkiyənin hərbi rolunun yanaşı, enerji, ticarət və miqrasiya idarəçiliyi baxımından da Qərb üçün həyati əhəmiyyət daşıdığını qeyd edib:
“Ankara Qara dəniz, Aralıq dənizi, Qafqaz, Yaxın Şərq və Balkanlarda bənzərsiz təsirə malikdir. Bu, böhranlı məqamlarda üz çevriləcək bir ölkə deyil”.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Sentyabr 2025 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















