Icma.az
close
up
RU
İtaliyalı ekspert: İtaliya Orta Dəhliz üçün Avropanın əsas terminalı və logistik mərkəz ola bilər MÜSAHİBƏ

İtaliyalı ekspert: İtaliya Orta Dəhliz üçün Avropanın əsas terminalı və logistik mərkəz ola bilər MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Enerji əməkdaşlığı ilə başlanan əlaqələr bu gün iqtisadiyyatın müxtəlif sahələrini, təhsil, mədəniyyət və elmi mübadiləni əhatə edən geniş spektrdə inkişaf edir.

AZƏRTAC-a müsahibəsində Avropa Xəbər Agentliyinin İtaliyadan olan nümayəndəsi, “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino bu tərəfdaşlığın formalaşma tarixi, bugünkü reallıqları və perspektivləri barədə fikirlərini bölüşüb.

– Cənab Karlo Marino, hazırkı mərhələdə İtaliya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

– Biz bu gün həqiqi strateji tərəfdaşlığın şahidiyik. Son onillikdə bu münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib. İtaliya daim Azərbaycanın əsas Avropa ticarət tərəfdaşlarından biri olub. Bu iqtisadi qarşılıqlı asılılıq çox möhkəm bir təməl yaradıb. Əlaqələr enerji sektoruna əsaslanan əməkdaşlıqdan daha geniş – infrastruktur, investisiyalar, mədəniyyət və təhsil sahələrini əhatə edən çoxşaxəli əməkdaşlığa çevrilib. Bu gün tərəflər arasında qarşılıqlı etimad və gələcək üçün ortaq baxış formalaşıb. Bu, həm Cənubi Qafqazın, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

– İqtisadi əməkdaşlıqda hansı istiqamətlər xüsusi dinamika ilə seçilir?

– Əlbəttə, enerji sektoru hələ də əsas dayaqlardan biridir. Azərbaycan İtaliyanın təbii qazla təminatında vacib rol oynayır və enerji mənbələrinin şaxələndirilməsinə kömək edir. Amma indi dinamika daha çox yeni sahələrdə müşahidə olunur.

Bərpaolunan enerji və texnologiyalar əməkdaşlığın yeni mərhələsini təşkil edir. İtaliyanın “ERG” və “Ansaldo Energia” şirkətləri Azərbaycanda külək və günəş enerjisi üzrə iddialı layihələrdə iştirak edirlər. Artıq biz sadəcə karbohidrogenlərin alıcısı deyilik, həm də Azərbaycanın yaşıl keçid prosesində texnoloji tərəfdaşıyıq.

“Made in Italy” brendi Bakıda nəqliyyatdan sənaye avadanlıqlarına qədər geniş şəkildə təmsil olunur. Üstəlik, Pugliada başa çatan “Trans-Adriatik Boru Kəməri” (TAP) ölkələrimizi fiziki olaraq birləşdirən monumental infrastruktur layihəsidir.

Kənd təsərrüfatı da böyük potensiala malikdir. İtaliyada yüksəkkeyfiyyətli Azərbaycan məhsullarına artan maraq var. Eyni zamanda, İtaliya öz ərzaq texnologiyalarını və təcrübəsini Azərbaycana ixrac edə bilər.

– Dövlət başçıları səviyyəsində baş tutan görüşlərin əhəmiyyəti nədən ibarətdir?

– Dövlət başçıları səviyyəsində səfərlər heç vaxt rutin olmur, onlar güclü siyasi mesaj verir. Prezident Sercio Mattarellanın Azərbaycana səfəri İtaliyanın ikitərəfli münasibətlərə verdiyi güclü dəstəyin təzahürü oldu. Bu, dialoqu texniki-hökumət səviyyəsindən ali institutlar səviyyəsinə qaldırdı, tərəfdaşlığa daha çox etibarlılıq və uzunmüddətli sabitlik gətirdi. İtaliya bununla göstərdi ki, Azərbaycanı mürəkkəb və həssas regionda strateji tərəfdaş kimi görür.

– Bu səfər konkret nəticələr də doğurdumu?

– Bəli, səfər sadəcə mərasim xarakteri daşımırdı. ADA Universiteti və İtaliya-Azərbaycan Universitetində keçirilən görüşlər xüsusilə diqqətəlayiqdir. Burada universitetlərarası mübadilələrin genişləndirilməsi, birgə tədqiqat proqramları və mədəni irsin bərpası üzrə əməkdaşlığın inkişafı qərara alındı. Bu, iki cəmiyyət arasında uzunmüddətli körpü yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir.

– Gələcək əməkdaşlıq perspektivlərini necə görürsünüz?

– Mən gələcəkdə çox güclü imkanlar görürəm. İlk növbədə, İtaliya Orta Dəhliz üçün əsas Avropa terminalı və logistik mərkəz ola bilər. Bu marşrut Asiyanı Avropa ilə birləşdirir və Rusiyanı kənarda saxlayır ki, bu da strateji baxımdan çox önəmlidir.

Enerjidən başqa, əczaçılıq, İKT və sənaye avadanlıqları istehsalında da yeni birgə müəssisələrin yaranacağını gözləyirəm.

Eyni zamanda, Cənubi Qafqaz və Şərqi Aralıq dənizi regionunda sabitlik məsələləri üzrə Bakı ilə Roma arasında dialoq getdikcə daha mühüm olacaq. İtaliya həm Aİ, həm də NATO daxilində etibarlı və inandırıcı tərəfdaş kimi çıxış edə bilər.

– Sonda münasibətlər barədə yekun qənaətinizi bilmək istərdik.

– Hesab edirəm ki, İtaliya-Azərbaycan tərəfdaşlığı beynəlxalq əməkdaşlığın uğurlu modelidir. Bu münasibətlər dayanıqlı olduğunu sübut edib və zamanla daha da inkişaf edir. Gələcək parlaq görünür. Biz, jurnalistlər isə bu “xüsusi münasibətləri” diqqətlə izləməkdə davam edəcəyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see196

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see173

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see154

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see130

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri