İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 may, AZƏRTAC
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Neftçi"nin yetirməsi, hazırda İtaliyanın "Sampdoriya" klubunun aşağı yaş qrupları üzrə komandasında çıxış edən Lorenzo Mezzotero da var.
19 yaşlı italiyalı hücumçu Azərbaycan yığmasına cəlb olunub.
Qeyd edək ki, U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Komandamız Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
Baxış sayı:216
Bu xəbər 23 May 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















