İtaliyanın Özbəkistandakı keçmiş səfiri ruslara qanunsuz viza verməkdə ittiham olunur
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
İtaliyanın Özbəkistandakı keçmiş səfiri Piergabriele Papadia de Bottini di Sant'Agnese İtaliyada həbs edilib. O, Şengen zonasına giriş qaydalarını pozaraq ruslara qanunsuz olaraq turist vizası verməkdə ittiham olunur, La Repubblica xəbər verir.
Piergabriele Papadia de Bottini di Sant'Agnese 2024-cü ilin dekabrında İtaliyanın Özbəkistandakı səfiri oldu. O, əvvəllər Moskvadakı İtaliya konsulluğunda çalışmış İtaliya vətəndaşlığı olan rusiyalı Tatyana Tarakanovanı viza şöbəsinin müdiri təyin edib.
Müstəntiqlərin sözlərinə görə, səfir və onun köməkçisi Şengen zonasına giriş tələblərinə cavab verməyən rusiyalılara üç ilə qədər uzunmüddətli turist vizalarının verilməsini təsdiqləyiblər. Bu məqsədlə müraciət edənlərdən adambaşına 4000 ilə 16000 avro arasında pul alınıb. Ən azı 95 rusiyalı bu yolla İtaliyaya daxil olub.
Vizaları Özbəkistanda yaşamayan, konsulluqda şəxsən olmayan və ya başqasının imzası ilə sənədlər təqdim edən rusiyalılar əldə ediblər. İtaliya prokurorluğu iddia edir ki, Rusiya turizm agentlikləri Happy Travel, Visa4you və Park Lane bu sxemdə iştirak ediblər.
İstintaq 2025-ci ilin iyul ayında, İtaliya Xarici İşlər Nazirliyinin müfəttişliyinin səfirliyə baş çəkməsindən sonra başlayıb. Tatyana Tarakanova və Piergabriele Papadia de Bottini di Sant'Agnese qanunsuz immiqrasiyaya kömək və korrupsiya ittihamları ilə Roma prokurorluğu tərəfindən istintaq altındadırlar. Səfir 2025-ci ilin dekabrında vəzifəsindən azad edilib. 7 mayda istintaq davam edənə qədər həbs edilib.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 11 May 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















