Icma.az
close
up
RU
Ermənistan bir imperiyadan digərinin təsirinə düşür DEPUTATLAR

Ermənistan bir imperiyadan digərinin təsirinə düşür DEPUTATLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallıqlar və Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesi regionun əsas müzakirə mövzularından biri olaraq qalır. Xüsusilə Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqı missiyası, Qərbin bölgəyə artan marağı, eləcə də bəzi beynəlxalq dairələrin postmüharibə reallıqlarına yanaşması yenidən diqqət mərkəzinə çıxıb. Rəsmi Bakının sülh gündəliyinə sadiqliyini bəyan etdiyi bir vaxtda, regionda geosiyasi balansın necə dəyişdiyi və yeni reallıqları hansı qüvvələrin qəbul etmək istəmədiyi ilə bağlı müzakirələr daha da aktuallaşıb.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan regionda tarixi ədaləti və beynəlxalq hüququ təmin edərək sabitlik yaradıb, müharibədən dərhal sonra isə sülh təşəbbüsü ilə çıxış edərək bunun üçün real hüquqi, siyasi və iqtisadi zəmin formalaşdırıb:


“Əsrlər boyu imperiyalar arasında sıxışıb qalmış Cənubi Qafqazın təhlükəsizliyi bu gün birbaşa Azərbaycanla bağlıdır və ölkəmiz həmin təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edir”.
Deputat qeyd edib ki, hazırkı vəziyyətdə Ermənistanın bir imperiyanın forpostundan çıxaraq başqa bir imperiyanın forpostuna çevrilməsi regiona sülh gətirmir. Əksinə, bu, bölgədə yeni müharibə və münaqişə risklərini artırır:
“Avropa İttifaqının missiyası hər nə qədər humanitar missiya kimi təqdim olunsa da, bu daha çox səlib yürüşü fəlsəfəsinə əsaslanan yanaşmanı xatırladır. Məqsəd mümkün olan və olmayan bütün vasitələrlə Ermənistanla Azərbaycan arasında gərginlik yaratmaq, daha sonra isə həmin gərginliyin aradan qaldırılmasında yalnız Avropa İttifaqı missiyasının rol oynaya biləcəyini Ermənistan cəmiyyətinə göstərməkdir”.
Onun sözlərinə görə, Avropa İttifaqı missiyasının fəaliyyətində imperialist və səlibçi yanaşmanın elementləri açıq görünür:
“Onlar çox yaxşı bilirlər ki, uzun illər ATƏT və onun üzv dövlətləri regionda sülhün və sabitliyin təmin olunması üçün real nəticə əldə edə bilmədilər. Belə olan halda hansısa Avropa missiyasının birdən-birə effektiv vasitəyə çevriləcəyi ilə bağlı iddialar kifayət qədər ironik görünür”.
“Əslində məqsəd Ermənistanı gələcəkdə Fransanın və ümumilikdə Avropanın forpostuna çevirmək üçün zəmin hazırlamaqdır. Təəssüf ki, Ermənistan bəzən bu tələyə düşür və selektiv siyasət yürüdür. Ermənistan rəsmiləri bir tərəfdən Azərbaycana münasibətdə müəyyən bəyanatlar səsləndirirlər, digər tərəfdən isə Avropa İttifaqının müxtəlif siyasi və hərbi təsir alətlərinə tamamilə fərqli mesajlar ötürürlər. Sonradan həmin tezislər müxtəlif vasitələrlə yenidən Azərbaycana qarşı istifadə olunur.
Azərbaycan bütün bu proseslərin fərqindədir. Hesab edirəm ki, Avropa İttifaqı missiyasının fəaliyyəti sona çatmalıdır. Çünki bu, klassik mənada missiyadan daha çox, münaqişə yaratmaq və sonradan onu idarə etmək üçün düşünülmüş kollektiv siyasi cəhd təsiri bağışlayır” – sonda H. Babaoğlu qeyd edib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva qeyd edib ki, Ermənistan tarix boyu öz milli təhlükəsizliyini müstəqil şəkildə qurmayıb:
“O, müxtəlif dövrlərdə Rus İmperiyası, SSRİ və daha sonra kollektiv təhlükəsizlik sistemləri vasitəsilə müdafiə olunub, eləcə də digər böyük dövlətlərin himayəsinə bel bağlayıb. 1988-ci ildə Qarabağ münaqişəsinin başlanması təsadüfi partlayış deyildi, onilliklər boyu sistemli şəkildə hazırlanmış ideoloji və siyasi strategiyanın nəticəsi idi. Bu, diaspor şəbəkələri, siyasi mifologiya, xarici güclərlə əməkdaşlıq, mədəni təsir və hüquq diskursu vasitəsilə mərhələli şəkildə formalaşdırılmış irredentist layihənin məntiqi nəticəsi olan klassik hərbi işğal idi”.
O bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı da Ermənistan müstəqil şəkildə hərbi uğur qazanmamış, əsasən bəzi xarici qüvvələrin dəstəyi ilə həmin işğalı reallaşdırmışdı. Bu, faktiki olaraq İrəvanın hərbi, siyasi və iqtisadi imkanlarının məhdud olması, qonşu ölkələrlə münasibətlərinin gərginliyi ilə bağlıdır.
“Azərbaycan hər zaman müstəqil xarici siyasət yürüdüb və bu yolda xarici təzyiqlərə, hətta ağır itkilərə məruz qalıb. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycanın torpaqlarının işğal olunmasına baxmayaraq, ölkəmiz kənar dövlətlərin diqtə etdiyi şərtlərlə heç vaxt razılaşmayıb”.
“Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə formalaşmış ən əsas prinsip ondan ibarətdir ki, ölkənin təhlükəsizliyinin əsas qarantı elə Azərbaycan dövlətinin özü olmalıdır. Yəni, ordu quruculuğu, iqtisadi güc və diplomatik siyasət daxili imkanlarla gücləndirilməlidir".


"2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan öz gücü və resursları ilə BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi qətnamələrin icrasına nail oldu. Bu, eyni zamanda onu göstərdi ki, Azərbaycan kənar qüvvələrin qərar və dəstəyinə yox, öz hərbi-siyasi potensialına arxalanmağı üstün tutur. Yeni dünya düzəni Cənubi Qafqazdan, məhz, Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan başladı. Beynəlxalq hüquq və çoxtərəflilik artıq heç bir münaqişənin həllində rol oynaya bilməməsi, güc faktorunun münaqişələri həll etməsi faktı təsdiqləndi. ATƏT-in Minsk qrupu kimi fəaliyyətsiz qurumlar tarixə qovuşdu. Azərbaycan tarixi Zəfər qazandı. 
Zəfərlə yanaşı, sülhün müəllifi də Azərbaycan, Prezident İlham Əliyevdir və Azərbaycan istəməsə heç bir sülh mümkün deyil. Ermənistanın sülh müqaviləsinə imza atmaq üçün edəcəyi növbəti əsas addım isə Ermənistanın Müstəqillik Bəyannaməsi və Konstitusiyasının Preambula hissəsinə labüd dəyişiklikləri etməsidir. Bu şərt Ermənistan tərəfindən məhz, 8 avqust Vaşinqton razılaşmaları zamanı qəbul edilib” – deputat həmçinin qeyd edib.
Azərbaycanın Ermənistana qarşı hərbi planları yoxdur, ölkəmiz sülh gündəliyinə sadiqdir və regionda əmin-amanlıq, sabitlik yaratmaq əsas prioritetdir:
“Lakin beynəlxalq təzyiqlər, xarici qüvvələr Ermənistanda seçkilər yaxınlaşdıqca mövcud normallaşma və həssas sülhə ziyan olacaq addımlar atırlar. Bu gün nədənsə ortaq sülh gündəliyinə zərbə vurmaq istəyənlərə adekvat cavab Ermənistandan gəlmir.
Regiondan kənar qüvvələr Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına sistemli şəkildə müdaxilə edir. Cənubi Qafqazda davamlı sülhün qurulması yükünü əsasən Azərbaycan özü daşıyır. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, onda Ermənistan rəsmiləri açıq şəkildə Azərbaycan əleyhinə olan xarici təşəbbüslərə qarşı çıxmalıdırlar. Yəni Ermənistan yalnız sözlə deyil, praktiki şəkildə də sülhə sadiqliyini göstərməlidir”.


Millət vəkli qeyd edib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar. Amma Ermənistan öz ərazi bütövlüyünə hörmət tələb etdiyi halda, Azərbaycanın ərazi bütövlüyünü sual altına alan fəaliyyətlərə mane olmur:
“Bəzi Avropa institutları, xüsusilə də Avropa Parlamenti və Fransa kimi ölkələrin siyasətçiləri neytral davranmırlar, birtərəfli qaydada Ermənistanı dəstəkləyirlər. Onların verdiyi bəyanatlar və qəbul etdikləri qətnamələr regionda balansı pozur, sülh və sabitliyə zərər vurur.
Xüsusilə Fransa Senatında “Dağlıq Qarabağ” terminindən istifadə edilməsi, mədəni-dini irsi ilə bağlı səsləndirdiyi fikirlər təxribatçılıqdır və qəbuledilməzdir. Çünki Azərbaycan bu ərazilər Azərbaycanın suveren ərazisidir və Qarabağ məsələsi bitib, ölkəmiz ərazi bütövlüyünü tam bərpa edib. Belə terminologiyanın işlədilməsi keçmiş separatizmi legitimləşdirməyə çalışmaqdır” – sonda P. Vəliyeva qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 May 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri