Icma.az
close
up
RU
İtaliyanın XİN rəhbəri Ukrayna müharibəsi barədə: Miladadək sülh gözləməyin

İtaliyanın XİN rəhbəri Ukrayna müharibəsi barədə: Miladadək sülh gözləməyin

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın vaxtlarda Ukraynada sülh gözləməyə dəyməz. Rusiyaya təsir göstərə biləcək yeganə vasitə yeni sanksiyalardır.

Qaynarinfo xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani "Rai News”ə bildirib.

Diplomat qeyd edib ki, Ukraynada sülh perspektivləri hələ də uzaqdır və Rusiyaya təzyiq göstərmək üçün yeganə real vasitə hazırda yeni maliyyə sanksiyaları ola bilər.

Tayani müharibənin tənzimlənməsində Miladadək hər hansı konkret dəyişiklik gözləmir. ABŞ prezidenti Donald Tramp Vladimir Putindən konstruktiv mövqe gözləsə də, onun cavabı "mənfi” olub. "Bu gün yeganə real vasitə Rusiyanı resurslara çıxış yolu ilə ordunu maliyyələşdirmək imkanından məhrum edəcək sanksiyalardır”, – Tayani vurğulayıb.

İtaliya diplomatiyasının rəhbəri Putinin Avropa qoşunlarının Ukraynaya daxil olması halında onları "qanuni hədəf” hesab edəcəyi ilə bağlı hədələrini "mənasız” adlandırıb. Bununla yanaşı, Tayani İtaliyanın Ukrayna ərazisinə öz qoşunlarını göndərməyəcəyini təsdiqləyib.

"Bunun əvəzinə biz başqa bir yol təklif edirik – NATO-nun 5-ci maddəsinə bənzər bir razılaşmanın bağlanması... Bu, Putinin təxribat hesab edə bilməyəcəyi, lakin Ukraynanın müstəqilliyini və təhlükəsizliyini təmin edəcək rasional təklifdir”, – Tayani izah edib.

ABŞ-ın sülh təşəbbüslərinə baxmayaraq, Ukrayna müharibəsinin başa çatması perspektivləri hələ də qeyri-müəyyəndir. Bir gün əvvəl Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə yalnız onun Moskvaya gələcəyi təqdirdə görüşəcəyini bildirib. Zelenski isə Moskvada danışıqlar ideyasını rədd edib.

Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi qeyd edib ki, hazırda Rusiya Ukrayna cəmiyyətini və beynəlxalq tərəfdaşlarını çaşdırmaq üçün müharibənin dayandırılması üzrə saxta danışıqlarla məşğuldur.

Çindən Si Szinpinlə görüşdən qayıtdıqdan sonra Vladimir Putin Ukraynaya qarşı müharibənin yeni mərhələsini başladır. Nazirlər Kabinetinə hücum bunu təsdiqləyir.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri