Icma.az
close
up
RU
İtin parçaladığı burun bərpa edildi Azərbaycanda unikal əməliyyat

İtin parçaladığı burun bərpa edildi Azərbaycanda unikal əməliyyat

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb və yüksək peşəkarlıq tələb edən unikal rekonstruktiv burun əməliyyatı uğurla icra olunub.

Axşam.az xəbər verir ki, əməliyyat ATU-nun Ağız, üz və çənə cərrahlığı kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi altında plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.

67 yaşlı pasiyent öz iti tərəfindən dişlənməsi nəticəsində burnunun böyük hissəsini itirib. Xəstə ilkin olaraq başqa tibb müəssisəsində əməliyyat olunsa da, replante edilmiş toxumada tam nekroz inkişaf edib və cərrahi müdaxilə uğursuz nəticələnib.

Hadisədən 46 gün sonra geniş toxuma defekti ilə Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyent üzərində Dilqəm Məhərrəmov tərəfindən çoxmərhələli rekonstruktiv əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı rekonstruktiv cərrahiyyənin ən mürəkkəb texnikalarından sayılan paramedian forehead flap, autogen kompozit qreft və qabırğa qığırdağı kombinasiyasından istifadə olunub. Pasiyentin uzunmüddətli intensiv siqaret istifadəsi, yaşı və əvvəlki uğursuz cərrahi müdaxilə əməliyyatın riskini xeyli artırsa da, Dilqəm Məhərrəmovun icra etdiyi mürəkkəb rekonstruksiya uğurla başa çatdırılıb.

Aparılan rekonstruksiya nəticəsində təkcə burnun estetik görünüşü deyil, həm də pasiyentin xarici tənəffüs funksiyası tam bərpa olunub. Bu nəticə rekonstruktiv cərrahiyyədə həm funksional, həm də estetik baxımdan yüksək mürəkkəblik daşıyan uğurlu əməliyyat kimi qiymətləndirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://axsam.az
archiveBu xəbər 04 İyul 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri