Icma.az
close
up
RU
İtkin düşmüş şəxslərin axtarışına mane olan hallar açıqlanıb

İtkin düşmüş şəxslərin axtarışına mane olan hallar açıqlanıb

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olan hallar açıqlanıb.

APA xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

“Qısa müddətdə Dövlət Komissiyası tərəfindən bu sahədə müəyyən işlər həyata keçirilsə də, aşağıdakı amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur: 30 illik işğal dövründə ərazilər mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilib. Bunun nəticəsidir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra hazırkı dövrədək həmin ərazilərdə mina partlayışı ilə bağlı 231 insident qeydə alınıb, nəticədə 70 nəfər həlak olmuş, 314 nəfər yaralanıb.

İşğal dövründə ərazidə həyata keçirilmiş vandalizm nəticəsində infrastrukturun, yaşayış məntəqələrinin, hətta landşaftın və relyefin dağıdılması baş verib, qəbiristanlıqlar və məzar yerləri, o cümlədən itkinlərə aid məzar yerləri məqsədyönlü şəkildə dağıdılıb”, - DTX rəisinin müavini bildirib.

Rəis müavini qeyd edib ki, yuxarıdakı səbəblərə görə, hətta məzar yerləri barədə Dövlət Komissiyasına məlumat verən insanlar belə, ərazilərə aparılarkən onlara məlum olan dəfn yerlərini dəqiq göstərə bilmirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Mart 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri