İtkin kimi axtarılan iş adamının meyiti tapıldı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Lənkəranda kişi meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Ürgə kəndi ərazisində 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti aşkarlanıb.
Belə ki, ilkin məlumata görə, rayon sakini olan R.Əliyev iki gün bundan əvvəl ov etmək məqsədi ilə həmin əraziyə gedib, geri qayıtmayıb və axtarışları aparılıb.
Axtarışlar nəticəsində onun meyiti qamışlıq olan ərazidən tapılıb.
Meyitə baxış zamanı onun baş nahiyəsində xəsarət olduğu müəyyən edilib. Xəsarətin ehtiyatsızlıqdan yıxılaraq alması və ya kimsə tərəfindən yetirildiyi məlum deyil.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, 64 yaşlı Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınır.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb.
Surxay Şahbazov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 04 Noyabr 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















