Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

İtmiş şəhərlərdən itirilmiş məzarlara qədər: tarixdə həllini tapmamış beş sirr

İtmiş şəhərlərdən itirilmiş məzarlara qədər: tarixdə həllini tapmamış beş sirr

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir elmi metodlar keçmişin öyrənilməsini köklü şəkildə dəyişib: tədqiqatçılar qədim sümüklərdən DNT çıxarmağı, sıx cəngəllik örtüyü altında qalmış şəhərləri aşkar etməyi, möhürlənmiş artefaktların içərisinə onları açmadan baxmağı öyrəniblər. Buna baxmayaraq, bu imkanlara rəğmən, bir sıra tarixi sirlər hələ də cavabsız qalır.

Aşağıda söhbət açılan beş sirr mif və ya uydurmalara əsaslanmır. Onların hər biri etibarlı mənbələrlə təsdiqlənmiş real hadisələrlə bağlıdır və insanlığın bütün səylərinə baxmayaraq, tarixin hər zaman öz sirlərini açmadığını xatırladır.

Kleopatra və Makedoniyalı İsgəndərin məzarları

Əsrlər boyu aparılan axtarışlara baxmayaraq, antik dövrün ən məşhur iki hökmdarının - Misir kraliçası Kleopatra VII-nin və Makedoniyalı İsgəndərin dəfn yerləri bu günə qədər məlum deyil. Qədim mənbələrə görə, Kleopatra Mark Antoni ilə birlikdə İsgəndəriyyə yaxınlığında yerləşən kral məqbərəsində dəfn olunub. Lakin zəlzələlər, torpaq çökmələri və Aralıq dənizinin səviyyəsinin qalxması qədim şəhərin simasını köklü şəkildə dəyişib.

Eramızdan əvvəl 323-cü ildə vəfat edən makedoniyalı İsgəndərin cəsədi, müasirlərinin yazdıqlarına görə, Misirə aparılıb və İsgəndəriyyədə dəfn edilib; iddialara əsasən, Roma imperatorları onun məzarını ziyarət ediblər. Lakin gec antik dövrün sonlarına doğru bu məzarla bağlı bütün qeydlər yoxa çıxır.

İsgəndəriyyə ərazisində və Tapoziris-Maqna kimi yaxın məkanlarda aparılan arxeoloji tədqiqatlar ümidverici, lakin qəti olmayan tapıntılar verib. Şəhərsalma, talanlar və ətraf mühitdəki dəyişikliklər məqbərələri ya tamamilə məhv edib, ya da o qədər dərinə gizlədib ki, bu gün onların yerini bərpa etmək son dərəcə çətindir. Tarixçilər hələ də bu məzarların qorunub saxlanılıb-saxlanılmadığına və ya birdəfəlik itirildiyinə əmin deyillər.

İtmiş Roanok koloniyası - Amerika

1587-ci ildə müasir Şimali Karolina sahillərindəki Roanok adasında salınan bu koloniya İngiltərənin Şimali Amerikada daimi məskunlaşma yaratmaq üçün ilk ciddi cəhdi idi. Qubernator Con Uayt üç il sonra ərzaq və ləvazimatla İngiltərədən qayıdanda koloniya tamamilə boşalmışdı. Heç bir meyit tapılmamış, zorakılıq izlərinə rast gəlinməmişdi.

Yeganə ipucu dirəyin üzərinə oyulmuş “CROATOAN” sözü olub - bu, yerli xalqların yaşadığı qonşu adanın adı idi. Arxeoloji məlumatlar kolonistlərin ərzaq çatışmazlığı, xəstəliklər və ya qonşularla gərgin münasibətlər səbəbindən yerli əhali arasında səpələnərək qismən assimilyasiya oluna biləcəyini ehtimal etməyə imkan verir.

Bununla belə, heç bir versiya mövcud faktların hamısını izah etmir və köçkünlərin təsdiqlənmiş qalıqları indiyədək tapılmayıb. Roanokun hekayəsi erkən kolonial layihələrin nə qədər kövrək olduğunu və tarixi rekonstruksiyanın məhdudiyyətlərini açıq şəkildə göstərir.

Amazoniyanın itirilmiş şəhərləri və Hind vadisi sivilizasiyasının süqutu

XX əsrin böyük bir hissəsində alimlər Amazon cəngəlliklərinin böyük və mürəkkəb cəmiyyətlərin mövcudluğunu dəstəkləyə bilməyəcəyini düşünürdülər. Lidar texnologiyası və arxeoloji tədqiqatlar bu təsəvvürü alt-üst edərək meşə örtüyü altında inkişaf etmiş yol şəbəkələri, meydanlar və möhkəmləndirilmiş yaşayış məntəqələri aşkar edib.

Bu tapıntılar avropalıların gəlişindən əvvəl burada milyonlarla insanın yaşaya biləcəyini göstərir. Bu cəmiyyətlərin yoxa çıxmasının səbəbləri - xəstəliklər, ekoloji dəyişikliklər və ya sosial sarsıntılar - hələ də dəqiq müəyyən edilməyib.

Oxşar bir sirr dünyanın ən qədim şəhər mədəniyyətlərindən biri olan Hind vadisi sivilizasiyası ilə bağlıdır. Bu mədəniyyət eramızdan əvvəl təxminən 1900-cü ildə tənəzzülə uğrayıb. Böyük şəhərlər tərk edilib, lakin dağıdılmayıb. Geoloji məlumatlar çay məcralarının dəyişdiyini və uzunmüddətli quraqlıqların baş verdiyini göstərir. Lakin bu sivilizasiyanın yazısının hələ də oxunmaması onun siyasi və sosial proseslərini anlamağı ciddi şəkildə məhdudlaşdırır. Hər iki halda inkişaf etmiş cəmiyyətlər aydın yazılı izlər buraxmadan yoxa çıxıb və arxeologiya onların tarixini fraqmentlər əsasında bərpa etməyə məcburdur.

Naska xətləri - Peru

Perunun cənubundakı quraq düzənliklərdə eramızdan əvvəl təxminən 500-cü ildən eramızın 500-cü ilinə qədər Naska xətləri yaradılıb. Bunlar heyvanları, bitkiləri, həndəsi fiqurları və kilometrlərlə uzanan düz xətləri təsvir edən yüzlərlə nəhəng geoglifdir. Onlar ən yaxşı şəkildə havadan görünür ki, bu da onların yaradılma üsulu və məqsədi ilə bağlı çoxsaylı suallar doğurur.

Arxeoloji tədqiqatlar göstərir ki, xətlər səthdəki tünd rəngli daşların kənarlaşdırılması yolu ilə, daha açıq rəngli torpağın üzə çıxarılması ilə çəkilib. Quraq iqlim sayəsində bu üsul təsvirlərin əsrlər boyu qorunmasına imkan verib. Əsas izahlar geoglifləri ritual praktikalar, su ehtiyatlarının idarə olunması və ya mövsümi dövrlərlə bağlı mərasim marşrutları ilə əlaqələndirir.

Bəzi xətlər astronomik hadisələrə istiqamətlənib, lakin heç bir nəzəriyyə formaların bütün müxtəlifliyini izah etmir. Naska mədəniyyətinə aid yazılı mənbələrin olmaması səbəbindən bu xətlərin əsl təyinatı Cənubi Amerikanın ən davamlı arxeoloji sirlərindən biri olaraq qalır.

Roopkund gölü kənarındakı skeletlər - Hindistan

Hind Himalaylarında, buzlaqlarla əhatə olunmuş Roopkund gölü yaxınlığında sahil boyu səpələnmiş yüzlərlə insan qalığı aşkar edilib. Radiokarbon analizi və genetik tədqiqatlar bu insanların tək bir hadisə nəticəsində ölmədiyini göstərib. Onlar bəzən aralarında min ilə yaxın zaman fərqi olan müxtəlif qruplara və dövrlərə aid olublar.

Qruplardan biri, görünür, eramızın IX əsri ətrafında həlak olub və ehtimal ki, səbəb qəfil baş verən ekstremal hava hadisəsi olub. 

Daha sonrakı qruplar isə taleləri fərqli cür cərəyan edən zəvvarlar və ya səyyahlar ola bilərdi. Müasir metodlar bu sirrin bəzi tərəflərinə aydınlıq gətirsə də, insanlar niyə dəfələrlə bu qədər çətin keçilən yüksək dağlıq əraziyə üz tutublar və niyə faciəli hadisələr orada təkrar-təkrar baş verib - bu suallar hələ də cavabsız qalır.

Hazırladı:

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:488
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri