Icma.az
close
up
RU
700 illik sirr: Robert Bryusun itmiş xəzinəsi tapıldı?

700 illik sirr: Robert Bryusun itmiş xəzinəsi tapıldı?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şotlandiyanın XIV əsrdə yaşamış əfsanəvi hökmdarı Robert Bryusa məxsus olduğu güman edilən vitraj sənət nümunəsi gözlənilməz şəkildə üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, antika satıcısı, 49 yaşlı Riçard Drummond Dumfriesshire bölgəsinin Moffat qəsəbəsində yerləşən yardım mağazasında bu gözoxşayan dairəvi vitrajı cəmi 20 funt-sterlinqə alıb.

Təxminən 45 santimetr diametrində olan vitraj canlı mavi, qırmızı və sarı tonlardan ibarət detallı bir səhnə təsvir edir. Şəkildə at belində qalxan tutan bir cəngavər görünür. Onu əhatə edən latınca yazı isə belə tərcümə olunur: Şotlandların kralı Robert Bryus.

Drummond vitrajı "təəccüblü dərəcədə yaxşı qorunmuş orta əsr sənət nümunəsi” kimi təsvir edir. O, bu əsərin İngiltərə hakimiyyətinə qarşı Şotlandiyanı azad etmiş məşhur kralın idarəsində olan bir qalada tapılmış ola biləcəyini düşünür:

"Əgər həqiqətən o dövrə aiddirsə, bu, Şotlandiya üçün çox böyük tarixi kəşf ola bilər".


BBC-nin "The Bidding Room" proqramında yayımlanacaq bölümdə mütəxəssislər əsərin təxminən 700 illik olduğunu təsdiqləyiblər.

Əsərin bölgədəki köhnə bir evdə tapıldığı, uzun illər istifadəsiz qaldıqdan sonra satışa çıxarıldığı məlum olub. Drummond vitrajı evinə apararaq onu soda və sirkə qarışığı ilə ehtiyatla təmizləməyə başlayıb.

Rənglər açıldıqca latınca yazının "Robert Rex Scotorum" (Şotlandların kralı Robert Bryus) ifadəsini daşıdığını görüb. O, dərhal yerli muzeyin kuratorunu çağırıb və onun da ilkin rəyinə görə bu, yüz illər yaşı olan bir parça imiş.

Drummond vitrajın keçmişini öyrənmək üçün yerli və beynəlxalq mütəxəssislərlə əlaqə yaradıb. Araşdırmalar nəticəsində əsərin XIV əsrə — Robert Bryusun yaşadığı dövrə aid ola biləcəyi müəyyənləşib.

Robert Bryusa 1314-cü ildə Bannokburn döyüşündə İngiltərə kralı II Eduardı məğlub edərək Şotlandiyanın müstəqilliyini təmin etmişdi. O, 1306-cı ildən ölüm ili olan 1329-cu ilə qədər taxtda qalıb.


Bu vitrajın kralın həyatı dövründə və ya ölümündən sonra onun xatirəsinə ithaf olunmuş xüsusi bir əsər olması mümkündür.

Bir mütəxəssis vitrajın kralın hökm sürdüyü bir qalada yerləşmiş ola biləcəyini bildirir. Lakin hansı qalaya aid olduğu hələlik məlum deyil.

Başqa bir ehtimala görə, əsər Tamplar cəngavərləri tərəfindən Fransadan Şotlandiyaya gətirilmiş ola bilər. 1307-ci ildə Fransanı tərk edən Tamplar ordeni bir çox qiymətli xəzinələrlə birlikdə sirli şəkildə yoxa çıxmışdı.

Drummond bu vitrajın da həmin itmiş xəzinələr arasında ola biləcəyini və bəlkə də İskoçiyaya, hətta Yeni Dünyaya daşındığını düşünür.

Drummond indi əsərin yaşını və mənşəyini elmi testlərlə dəqiq müəyyənləşdirmək istəyir. Onun əsas məqsədi bu tarixi parçanın Şotlandiyada bir muzeydə sərgilənməsidir:

"Bu, Moffat qəsəbəsində unudulmuş bir tarix parçasıdır. Çox yaxşı qorunub və böyük bir kəşf ola bilər".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see198

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see197

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see195

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see194

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see187

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see183

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see181

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see179

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see172

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see171

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri