Icma.az
close
up
RU
İTV nin Kənana verdiyi cavaba Drakonun cavabı

İTV nin Kənana verdiyi cavaba Drakonun cavabı

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Kənan Hollivud səviyyəsində fakturaya və aktyor texnikasına malikdir, istedadlı rejissordur. Kənan hansısa başqa ölkədə yaşasaydı, dünya ulduzu olardı. Və ən əsası Kənanın irəli sürdüyü problemin mahiyyət və məzmununu müzakirə etmək lazımdır!


Kənan çoxlarının illərdir deyə bilmədiyini deyib. Çoxları Kənanı sevməyə bilər, amma bu, Kənanı sevənlərin sayına, çoxluğuna təsir etməyəcək.

Və yenə də ən əsası, bu gün kino sahəsində “olanlar” bilir kimin savadı və istedadı hara qədərdir, bu gün serial bazarında çalışanların çoxunun təfəkkürü bazardan o tərəfə keçmir…

Ölkəmizdə çəkilən serialların çoxunun, əsasən də İTV-da çəkilən serialların səviyyəsi çox aşağıdır və kimisi məqsədli, kimisi də bilmədən orientalizmə xidmət edir, bizdən olmayanların “üzünü” köçürüb bizim “üz” kimi təqdim edirlər.

Orientalizimin təbliği səbəbsiz və “mükafatsız” ola bilməz. Məqsədlidir!

Orientalizm Azərbaycanın dövlət və milli maraqlarına ziddir, təhdiddir!

İTV rəhbərini, adları çəkilən prodüsserləri şəxsən tanımadığım və serial çəkən rejissorlar, ssenaristlər də sənət yoldaşlarımız olduğu və çətinliklə ailələrinə çörəkpulu qazandıqları üçün bəzi məsələlərin üzərinə daha açıq, kəskin getmək fikrim yoxdur. Amma gerçəklik budur, Kənan onlara verilən pulla daha yaxşı serial çəkər…

Kino sənətində, serial çəkilişində maliyyə keyfiyyətə təsir edir.

Kənanın bu günə qədər çəkdiyi serialların keyfiyyətinə maliyyə təsir edib, yoxsa Kənanın kino biliyi, istedadı və təcrübəsi yetərlidir.

Kənan peşekardır, ən azı bu sahənin təhsilini alıb.

İTV-da serial çəkənlərin bəzilərinin kino sahəsi üzrə ali təhsili belə yoxdur!

Bir daha təkrar edirəm, nə “sənət yoldaşlarımı”, nə də İTV rəhbərini hədəf almaq niyyətində deyiləm, onlarla nə işləmək arzum olub, nə də belə istəyim var, amma ortada gerçəklik var! Bu sahədə ciddi problemlər və haqsızlıqlar baş alıb gedir!

Və gerçəklik, haqq, ədalət prinsipləri bunu tələb edir ki, bəzilərinə yaradılan şərait eyni ilə Kənan Mahmudova da, Aqil M.Quliyevə də, Cavanşir Hadıyevə də, Asif Abramova da yaradılmalıdır.

Ümumi seçim şərtləri müəyyən edilməlidir, elan verilməlidir, “seçənlər” (adamların kino sənətinə aid bilgiləri belə yoxdur) bu sahəni dərindən bilməlidirlər və sonra ortaya qoyulan işləri müqayisə etməlidirlər, yoxsa “yaydığınız” cavab gerçəklik qarşısında mənasız müdafiədir!

Həm də görünən dağa nə bələdçi?! Hamı gerçəkliyi bilir - “verən” də, “alan”da və “məbləğ” də bəllidir…

40 yaş üstü insanlarda gözlər yaxını yaxşı görmür, amma uzaqdan hər şey olduğu kimi görünür, bəli, olduğu kimi - ümumi planda. İstəyirsiniz, “obyektivin” ölçülərini də yazaq?!

Bunu da bilirik, çoxları kimi siz də barmağınız qapının arasında qalanda, çətinə düşəndə deyəcəksiniz ki, bizlik deyildi!

İTV-nin Kənanın iddialarına verdiyi cavabın məzmunu təhdiddir, hədə-qorxudur və bunun adı xox gəlməkdir: “İctimai Televiziya da öz işgüzar nüfuzunun müdafiəsini qanunvericilik çərçivəsində təmin etmək hüququnu özündə saxlayır”.

Belə cavab problemi həll etmir və taktika yanlış seçilib, daha dərinə getmirəm, amma hər kəs bilsin ki, biz Kənanı haqlı olduğu halda meydanda tək qoymarıq!

Və cavab mətninizdə belə bir meyar irəli sürmüsünüz; “Məzmunun orijinallığı, onun ictimai maraq və əhəmiyyət kəsb etməsi...”

Balaş müəllim, rəhbəri olduğunuz İTV-də çəkilən seriallara yəqin baxmırsınız, hansı məzmun orjinallığından danışırsınız?! İstehsal etdiyiniz serialların 99%-i başqa ölkələrdə çəkilən serialların, filmlərin pis formada kopyasıdır, bir daha deyirəm, sənət yoldaşlarıma görə bu məsələnin detallarına toxunmaq istəmirəm, amma cavab verəndə iddia edən tərəfi, yəni Kənanı və başqalarını belə şantaj etməyin, ya da “orijinal” sözünün nə məna verdiyini işçilərinizə bir daha izah edin!

Biz kimisə hədəf almadan gerçəyi söyləməliyik və bunları nəzərinizə çatdırmağa məcburam…

Balaş müəllim, dəqiq bilmirəm, siz ya bilərəkdən, ya da bilməyərəkdən idxal etdiyiniz verilişlər və istehsal etdiyiniz bir çox seriallar vasitəsi ilə SOROS-un və FETÖ-nün açıq cəmiyyət projesini təbliğ edirsiniz, yəni dövlət otöritesinin ortadan qaldırılması ideyasını və dəngəsiz, balanssız, qeyri-bərabər, qeyri-mütənasib, qeyri-sabit, tarazlıq və ya harmoniyadan məhrum cəmiyyət fikirini!

Açıq cəmiyyət projesinin təbliği mövcud dövrdə, indiki vəziyyətdə Azərbaycanın dövlət və milli maraqlarına, dövlət başçısının apardığı siyasətə tam ziddir, düşmən dəyirmanına su tökməkdir!

Və siz öncəki peşənizə uyğun olaraq özünüzü yarışmada hiss etmisiniz və şahidi olduğum birinci yanlış cavabınız da bu oldu, tez və yersiz suala (iddiaya) doğru olmayan cavab vermisiniz, ya da verdirmisiniz.

Göldə batmamaq üçün üzməyi öyrənmək lazımdır, suyun ağzını açıb gölü qurutmaq çıxış yolu deyil!

Siz mövcud vəzifənizə, statusunuza uyğun olaraq narazı qalan şəxsləri təcili dəvət etməli, onlarla açıq söhbət aparmalı idiniz, çünki siz İTV rəhbərisiniz və şəxsinizə də yaraşan bu olardı!

Rza Rzayev,

Aktyor, rejissor


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyul 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri