Icma.az
close
up
RU
İvanovka pendiri, kənd toyuğu... AQTA qida təhlükəsizliyi üçün ciddi işlər görməlidir ki, istehlakçı aldadılmasın

İvanovka pendiri, kənd toyuğu... AQTA qida təhlükəsizliyi üçün ciddi işlər görməlidir ki, istehlakçı aldadılmasın

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi qida müəssisələrinin riayət etməli olduğu qaydalarla bağlı “Türk Qida Kodeksi Qida Etiketləmə və İstehlakçı Məlumatlarını Tənzimləmə Bələdçisi”ni yeniləyib. Yeni bələdçidə qida etiketlərində istifadə edilən bəzi termin və ifadələrə dəyişikliklər edilib. Belə ki, artıq qida etiketlərində “kənd”, “ev”, “ferma”, “ənənəvi” kimi ifadələrdən istifadə edilməyəcək. İstehlakçılarda yanlış təsəvvür yarada biləcəyi üçün belə bəyanatlar qadağan edildi. Məsələn, "evdə hazırlanmış" ifadəsi yalnız "evdə hazırlanmış zövqlər" kimi istifadə edilə bilər. Fermentləşdirilmiş süd məhsullarında “100 faiz” kimi ifadələr işlədilməyəcək. Bir inqrediyentdən ibarət qidalarda məsələn, “100 faiz kofe” ifadəsi ola bilər. Kütləvi istehlak yerlərində “evdən kənar istehlak üçün uyğundur” kimi ifadələr işlədilməyəcək. Qida biznesi operatorları 31 dekabr 2026-cı il tarixinədək bu yeni qaydalara əməl etməlidirlər. Bu tarixdən sonra təlimata uyğun olmayan məhsullar bazarda mövcud olmayacaq.

Azərbaycanda harda hazırlandığı bilinməyən qatığın üstünə “kənd qatığı”, hardan gəldiyi məlum olmayan yumurtaya “kənd yumyrtası” deyilir və satılır.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, etiketləşmə işinə Azərbaycanda bir ilə yaxındır ki, Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir və onların fikri etiket məlumatları ilə tərkibin düz gəlməsi məsələsidir: “Beləcə istehsalçını ifşa edirlər. Qənd istehsalsalçılarından qəndin tərkibinə ağartmaq üçün kimyəvi maddələrin qarışması məsələsində çox uğurlu işlər görüblər”. Ekspertin fikrincə, bu fəaliyyət zəruri olsa da kafi deyil.

Eyyub Hüseynov

Eyyub Hüseynov bildirib ki, “İstehlakçıların hüquqlarının qorunması haqqında” qanunda, “yeyinti məhsulları haqqında” qanunda və digər qanunlarda qeyd olunur ki, malların üzərində xarici dillə yanaşı milli dildə də informasiya olmalıdır. Ekspert təəssüflə qeyd edib ki, buna xüsusən İrandan gətirilən mallarda diqqət göstərilmir.

“Bu məsələ böyük problem olaraq qalır. İlbəil vəziyyət yaxşılaşsa da, lakin, son nəticədə biz hədəflərə tam nail ola bilməmişik. Kənd toyuğu, kənd yumurtası və s. ekoloji təmiz kimi ifadələr yazırlar. Ölkədə bu cür markalanma işində ən ciddi problemlərdən biri "İvanovka" məhsulları məsələsidir. Ölkədə "İvanovka" ilə bağlı olan cəmi 3 dənə mağaza var. 20-yə yaxın saxta "İvanovka" mağazası var. Bunlarda satılan mallar guya İvanovkadan gəlir. Kökündən səhvdir, İvanovkadan bu qədər məhsul gətirilmir. Biz xeyli araşdırma aparmışıq. İstehlakçıların bu sahədə aldadılmasını ciddi məsələlərdən biri bilirik. İvanovka şərabları, pendiri və s. məhsulları var. İvanovka kəndinin ekoloji təmiz bir mühitdə yerləşdiyi deyilərək belə aldadılma halları baş verir. Və ya malların üzərinə yazırlar ki, “xəstəliklərə çarədir”. Məsələn, Sabirabadda yerləşən "İqlim" şirkəti darçının üzərində yazır ki, 13 xəstəliyin dərmanıdır. Bu kimi hallara son qoyulmalıdır. Mütləq qida təhlükəsizliyi elə bir iş aparmalıdır ki, istehlakçıları aldadan bütün amillər götürülsün”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Dekabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri