Icma.az
close
up
RU
İxrac reytinqində yenidən şübhəli şəxslər peyda olub SIFIRDAN İLK ONLUĞA DAXİL OLUBLAR

İxrac reytinqində yenidən şübhəli şəxslər peyda olub SIFIRDAN İLK ONLUĞA DAXİL OLUBLAR

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Süleymanova Göhər Süleyman qızı və “My Vegetables” birdən-birə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda yer tutublar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edib.

2024-cü ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: 

“MKT İstehsalat Kommersiya” MMC, “Silk Vey Vest Aviaşirkəti” MMC, “ASG Business Aviation” MMC, “Baku Steel Company” QSC, Süleymanova Göhər Süleyman qızı, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Tabaterra” QSC, "P-aqro" MMC, “My Vegetables” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

 “Socar Polymer” MMC,  “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC.

Diqqəti cəlb edən, ötən il 1 dollarlıq ixracı olmayan iki şəxssin bu il qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda yer tutmalarıdır. Bu şəxslər Süleymanova Göhər Süleyman qızı və “My Vegetables” MMC-dir. Reytinqdə yer alan digər şirkətlər tanınmış istehsalçı və ixracatçılardır. Marja.az xəbər verir ki, Süleymanova Göhər Süleyman qızı 34,8 milyon dollarlıq ixrac məbləği ilə reytinqdə 5-ci, “My Vegetables” şirkəti isə 22 milyon dollarlıq ixrac məbləği ilə 10-cu yeri turur.

Süleymanova Göhər Süleyman qızı 2024-cü ilin Fevral ayında vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Yevlax rayonu, Qaraməmmədli kəndidir.  

2022-ci ilin avqust ayında dövlət qeydiyyatına alınmış “My Vegetables” MMC-nin qanuni təmsilçisi İmanov Röyal Mahir oğlu, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov ev.100-dür.

Qeyd edək ki, ötən il də, bazarda geniş tanınmayan, iri istehsal yeri olmayan şəxslər ixracatçı subyektlərin reytinqində ilk onluqda yer almışdılar. 2024-cü ildə məlum olub ki, həmin şəxlər kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmaq adı altında cinayətkarlıq ilə məşğul olublar, 1,1 milyard manatdan çox vəsaiti ölkəyə qaytırmayıblar. İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan şəxslər ilə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq davam edir. 

Əlavə edək ki, ötən il qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bir neçə dəfə ilk yeri tutuan Şirinov Elvin Valeh oğlu da Yevlax rayonunda dövlət qeydiyyatına alınmışdı. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə Zöhrab Raqub oğlu Hidayətov, Elvin Valeh oğlu Şirinov və Qaçqın Şura oğlu Hümbətov barəsində məhkəmə prosesi başlanılıb. Dünən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. İttiham olunanlar barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses noyabrın 7-nə təyin olunub.

Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxenasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxenasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn alınan “kənd təsərrüfatı məhsulları” formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see221

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see170

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see137

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see128

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see122

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see121

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see114

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see113

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri