Icma.az
close
up
RU
Elektrik enerjisi, plastik vedrə, süfrə Zibildən daha nələr əldə etmək olar? Balaxanıdan REPORTAJ

Elektrik enerjisi, plastik vedrə, süfrə Zibildən daha nələr əldə etmək olar? Balaxanıdan REPORTAJ

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Bakı şəhərində toplanan bərk məişət tullantılarının böyük hissəsi artıq 10 ildən çoxdur ki, Balaxanı qəsəbəsində yaradılan və müasir tələblərə cavab verən emal müəssisələri tərəfindən çeşidlənir və yandırılır. 2012-ci ildən fəaliyyət göstərən bu müəssisələr “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən idarə olunur. 


Vaxtilə Bakının ən problemli və çirklənmiş ərazilərindən hesab olunan Balaxanı zibillik ərazisi artıq ölkənin ən innovativ tullantı idarəetmə mərkəzlərindən birinə çevrilib. Burada tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi müasir standartlara uyğun təşkil edilməklə həyata keçirilir. Bu transformasiyanın arxasında isə “Təmiz Şəhər” ASC-nin illərdir apardığı sistemli işlər dayanır. 


Sfera.az-ın əməkdaşı “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olmaq üçün qurumun Balaxanıda yerləşən müəssisələrində olub. Burada tullantıların emalı ilə bağlı bir neçə müəssisə fəaliyyət göstərir.


“Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı Sfera.az-ın əməkdaşı ilə söhbətində bildirdi ki, hazırda “Təmiz Şəhər” ASC yalnız paytaxtda deyil, Qarabağda da məişət tullantılarının idarə olunmasına məsuldur. O xatırlatdı ki, “Təmiz Şəhər" ASC Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə yaradılmış dövlət qurumudur və 2009-cu ildən fəaliyyət göstərir. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə məişət tullantılarının idarə olunması da bu qurumun səlahiyyətimizə daxildir. 


O.Cabbarlı qeyd etdi ki, Azərbaycan Prezidentinin 22 iyun 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması “Təmiz Şəhər” ASC-yə həvalə olunub. Bunlardan başqa Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi də qurumun öhdəliyindədir.


O.Cabbarlı paytaxtda bərk məişət tullantılarının toplanıb Balaxanı emal ərazisinə çatdıırlmasının bir neçə mərhələdən keçdiyini bildirdi:

"Bakıdakı bərk məişət tullantıları əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən toplanır, sonra “Təmiz Şəhər”in balansında olan təsərrüfat sahələrinə çatdırılır. Bu sahələrə 3 əsas obyekt daxildir - Balaxanı tullantı poliqonu (basdırılma sahəsi), Tullantıların Çeşidlənməsi Zavodu və Tullantıların Yandırılması Zavodu.
Tullantıların bu cür mərhələli şəkildə idarə olunması ətraf mühitə təsiri minimuma endirir. Çeşidləmə Zavodu Almaniyanın qabaqcıl texnologiyaları əsasında qurulub və ildə 100 min tona qədər tullantını emal etmək gücündədir. Burada kağız, plastik, şüşə, metal kimi təkrar emala yararlı materiallar ayrılır. Bu da təbii resurslara qənaət edir, xammal bazası yaradır və tullantı həcmini azaldır. Bundan əlavə, məişətə atılan batareya və akkumulyator kimi təhlükəli tullantılar, o cümlədən bu qəbildən olan elektron tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyatı sahələrə göndərilir”.

O.Cabbarlı dedi ki, çeşidlənməyə yararsız olan, amma yandırılmağa uyğun olan tullantılar xüsusi texnoloji proseslə elektrik enerjisinə çevrilir. Onun sözlərinə görə bu, həm tullantının zərərsizləşdirilməsi, həm də enerji istehsalına mühüm töhfə verir:


“Balaxanı qəsəbəsində ayrılan 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton məişət tullantısı, o cümlədən 10 min ton tibbi tullantı təşkil edən zavodun idarəetməsi hazırda Fransanın PAPREC Enerji Azərbaycan şirkəti tərəfindən həyata keçirilir. Zavod tullantıların yandırılması prosesi nəticəsində il ərzində 200 milyon kVt/saata qədər elektrik enerjisi istehsal etmək gücünə malikdir və il ərzində burada əldə edilən enerji ilə 100 min ev təsərrüfatını, yəni Gəncə boyda bir şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan zavod istehsal gücünə görə şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma prosesindən sonra daha ağır və zərərsiz olan dib külü yol inşaatında tikinti materialı kimi istifadə oluna bilər. Yanma məhsulu olan tüstü külü isə xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirmir. Bundan əlavə, tullantının yandırılması zamanı texnoloji avadanlıqları soyutmaq üçün istifadə edilən təchizat suyu da təmizləndikdən sonra axıdılır. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır”.


O.Cabbarlı bildirib ki, çeşidlənən tullantılar yalnız utilizasiya olunmur, eyni zamanda emal edilərək sahibkarlıq fəaliyyətinə çevrilir. Həmsöhbətimiz vurğuladı ki, bu məqsədlə yaradılan Balaxanı Sənaye Parkı artıq 27 rezidentə ev sahibliyi edir:

“Sənaye parkında kağız, plastik, metal və digər tullantılar təkrar emal olunur. Məsələn, plastikdən vedrələr, gül dibçəkləri, qablaşdırma materialları hazırlanır. Kağız tullantılardan isə süfrə örtükləri, tort altlıqları düzəldilir. Bütün bu proses nəticəsində həm yerli xammal əldə olunur, həm də iş yerləri açılır”.

Qeyd edək ki, hər il Bakı sakinlərindən “zibilpulu” adı ilə kommunal ödəniş toplanır. O.Cabbarlı bu vəsaitin "Təmiz Şəhər" ASC-yə aidiyyatının olub-olmamasına da aydınlıq gətirdi:

“Zibilin toplanması və daşınması Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Hətta tullantı meydançalarının təşkili də onların məsuliyyətindədir. Biz yalnız tullantıların emalı və zərərsizləşdirilməsini həyata keçiririk. Yəni pul bizə yox, icra hakimiyyətinə gedir”. 


O.Cabbarlının verdiyi məlumata görə, 2023-cü ildə “Təmiz Şəhər” ASC-yə ümumilikdə 930 min ton tullantı təhvil verilib: "Bunun 500 min tonu enerji məqsədilə yandırılıb, qalan hissəsi isə çeşidlənərək təkrar emal müəssisələrinə göndərilib". 


Bu statistika onu göstərir ki, müasir tullantı idarəçiliyi sadəcə zibillərin yox edilməsi deyil, həm də enerji, iqtisadiyyat və ekoloji təhlükəsizlik məsələsidir.


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 İyun 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see248

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see122

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see120

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri