Icma.az
close
up
RU
Rayon rəhbərləri problemləri hökumətdən gizlədir Deputat

Rayon rəhbərləri problemləri hökumətdən gizlədir Deputat

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Regionlarda 1960-70-80-ci illərdə tikilmiş binalar var. Bu binaların çox təəssüflər olsun ki, təmir və bərpa məsələsi hər ötən il deyilir ki, növbəti il həll olunacaq. Bəzən şəhər və yaxud rayon öz daxili hesabına nələrsə edirlər. Daha çox prospektlərin görünən hissəsində təmir işləri aparırlar. Həyət, məhəllə hissəsində isə bu binalar ümumiyyətlə təmir edilmir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat Naqif Həmzəyev deyib.

"Yaxud dam örtüyü düzəldilir, onun giriş hissəsi, lift və yaxud digər məsələlər düzəlmir. Elə binalar var ki, o pilləkənlər hər an uça bilər. Mən bu haqda hökumətə də rəsmi müraciət etmişəm. Bəzi evlər var ki, medianı ümumiyyətlə çəkməyə, işıqlandırmağa qoymurlar. Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist ümumiyyətlə bəlkə də işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Yəni, bu yaxşı hal deyil. Problemi gizlətməklə, növbəti illərə ötürməklə biz heç nə əldə etmirik. Bakıda rahatdır, hər şey həll olunur. Regionlarda ancaq inanın ki, hamı bir- iki nəfərdən qorxur və heç kim heç nəyi dilə gətirə bilmir. Biz deyəndə də başqa cür olur. Bu məsələni hansısa şəkildə həll etməliyik. Açıq deyim, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur.

Hökumət nümayəndələri rayonlara, şəhərlərə vətəndaşlarla görüşə gedəndə icra başçısının və yaxud rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və ya problemlər nə dərəcədə qabarıqdır. Açıq deyim, şəhər, rayon rəhbərliyi çox problemləri hökumətdən gizlədir. Çox xahiş edirəm, Sahil müəllim, bu məsələləri hökumət iclaslarında dilə gətirin ki, biz də seçicilərin, vətəndaşların yanına ürəkli gedə bilək. Mən bəlkə də emosional çıxış etdim, ancaq inanın ki, seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığımız və ya bir yerdə böyüdüyümüz qonşuların qarşısına çıxa bilmirik. Deyirlər ki, sən vəzifə tutursan, yaxşı dolanırsan və bizi niyə düşünmürsən? Yəni belə məsələlər var. Xahiş edirəm bu məsələlərlə bağlı mümkündürsə hökumət bir ciddi tədbirlər görsün. Bəlkə də 2027-ci il büdcəsində olmayacaq, heç olmasa növbəti 10 illiklərdə bu problemin həllinə çalışaq", - deyə deputat bildirib.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deputatın "səlahiyyətimiz yoxdur" fikri ilə razılaşmayıb:

"Sizin deputat kimi kifayət qədər səlahiyyətiniz var. Əgər ondan istifadə edə bilmirsizsə, o sizin problemdir. Deyirsiniz ki, mətbuat nümayəndələrini yaxşı, pis yerləri çəkib göstərəndə işdən çıxardılar. Sizdə belə bir fakt varmı? Onu zəhmət olmasa verərsiniz, baxarıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Noyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri