Icma.az
close
up
RU
® EMTA qaz qurğularına texniki xidmət üzrə ixtisas attestatı əldə etmək istəyənlər üçün sənəd qəbulu elan edib AZƏRTAC

® EMTA qaz qurğularına texniki xidmət üzrə ixtisas attestatı əldə etmək istəyənlər üçün sənəd qəbulu elan edib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) qaz qurğularına, qaz xətlərinə və tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət üzrə ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı attestasiyanın keçirilməsi üçün sənəd qəbulu elan edib.

Attestasiya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə keçiriləcək.

Attestasiyada iştirak etmək istəyən namizədlər energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə, müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsinə malik olmalıdırlar.

Attestasiya proqramı agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Müvafiq qanunvericiliyə uyğun olaraq, hüquqi şəxsin işçisinin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin ixtisaslaşmış podratçı kimi fəaliyyət göstərməsi üçün ixtisas attestatı olmalıdır. Texniki xidmətin həyata keçirilməsi üçün ixtisas attestatının verilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə əsasən namizədlərin bilik səviyyəsi yoxlanılmalıdır.

Əlavə məlumatlar Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi internet səhifəsindən (www.regulator.gov.az) və ya 974 Çağrı Mərkəzindən əldə edilə bilər.

Namizədlər ərizə və müvafiq sənədləri Agentliyə birbaşa təqdim edə və ya poçt vasitəsilə göndərə bilərlər. Sənədlərin qəbulu 2024-cü il noyabrın 23-ü saat 17:00-dək həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri