Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

İxtisaslı kadrlar məsələsini Qarabağ problemi kimi həll edə bilərik Zahid Oruc

İxtisaslı kadrlar məsələsini Qarabağ problemi kimi həll edə bilərik Zahid Oruc

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Böyük Qayıdış”ın hədəflərindən biri-ixtisaslı kadların əmək bazarında xüsusi çəkisinin artırılmasına xidmət edən qanun layihəsini hər birimiz alqışlayırıq. Dövlətimiz azad torpaqlara dönəcək 100 minlərlə insanın peşə təhsili xərclərini üzərinə götürməklə millətimizin gələcəyinə investisiya qoyur, uzun illər işğal altında olan torpaqların dirçəldilməsi və ölkəmizin bütün bölgələri ilə inteqrasiyası üçün əhəmiyyətli təməllər formalaşdırır. Lakin eyni zamanda biz artıq qanunvericilik sistemimizdə də yeni əsrə daxil oluruq. Belə ki, uzun illər Ermənistanın təcavüzü nəticəsində həm də hüquqi aktlarımızı müxtəlif qeyd şərtlər və natamam əhatə dairəsi üzrə qəbul etməyə məcbur olmuşuq. İndi parlaq Qələbəmizdən sonra qanunvericilik sistemimiz də bütövləşir və işğal əvəzinə “Qayıdış qanunları” yaradılır. 2023-cü ilin mayında qüvvəyə minən vergi güzəştlərinə dair qanun layihələri də dediyimiz silsiləni təşkil edir".

Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisin növbəti plenar iclasında deyib. Onun sözlərinə görə, ölkəmizdə 84 peşə təhsili üzrə 134 ixtisasa qəbul aparılır:

"Əlbəttə, hər il orta məktəbi bitirən məzunların dəyişkən olmasına rəğmən 120 minə yaxın olduğunu nəzərə alsaq, peşə təhsilindəki tələbələrimizin xüsusi çəkisi ümumi tərkibin cəmi 10 faizini təşkil edir. Xanımlarımızın peşə təhsilində çəkisi isə 36 faiz olduğunu bilərək, ölkəmizin əmək bazarında gender mütənasibliyinin qorunub saxlanılmasına müsbət təsir edir. Əlbəttə, xarici dövlətlərin, məsələn Cənubi Koreya ilə əməkdaşlıq çərçivəsində müasir və beynəlxalq standartlara cavab verən peşə təhsili müəssisəsinin yaradılması təqdirəlayiqdir. Bütün bölgələrimizdə məğulluğun təminatı üçün birinci növbədə gərək olan ixtisaslı, peşəkar kadrların məhz azad torpaqlarımızda yaradılması gələcəkdə dayanıqlı məskunluğun təmini deməkdir, əhalini böyük məsrəflər hesabına doğma torpaqlarına dönüşə can atan dövlətin daxili miqrasiyadan qorunmaq, 100 milyardlarla manat vəsait qoyulan böyük torpaqlarda insan kapitalını inkişaf etdirmək deməkdir. Əks halda, qısa müddət sonra o insanlar müxtəlif şəhərlərə geri dönə bilər".

Deputat qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rəsmi məlumatı bizi dərindən düşünməyə və ciddi addımlar atmağa vadar edir:

"Belə ki, gələn ilin sonuna azad torpaqlara qaytarılacaq əhalinin peşə və ali təhsil göstəricisi onların 80 faizə qədərinin ixtisaslarının olmaması o deməkdir ki, hazırda dövlətimizin qarşısında dayanan ən taleyüklü vəzifələrdən biri məhz məcburi köçkünlərin təhsil problemlərini həll etməkdir. Gələcəkdə azad torpaqlarda formalaşacaq kiçik və orta sahibkarlığın, yaxud güclü sənaye müəssislərinin kadr bazası kənardan deyil, məhz yerli əhali hesabına formalaşmalıdır. Ona görə də hazırda dövlətin qayığısını zamanın çağırışıdır və biz sürətlə bir sıra mühüm vəzifələri həll etməliyik.

Haşiyə olaraq, ötən əsrin 70-ci illərində Sinqapur Asiyada və dünyada iqtisadi baxımdan geri qalan ölkələr sırasında idi. Dövlət strategiyanı təhsil üzərində qurdu, xüsusilə peşə ixtisasları kütləvilik təşkil etdi. Üzrəindən 30-40 il keçəndən sonra seçilən kurs öz müsbət nəticələrini verdi. Hazırda ÜDM-in adambaşına düşən nisbətinə görə qabaqcəl ölkələr sırasında məhz Asiya pələngləri dayanır. Ona görə də ideoloji rəngini bir kənara qoysaq, Sovetlər Birliyi yarandığı gündən bütün əhalini savadlandırmaq vəzifəsini qarşısına qoymuşdu və geri qalmış aqrar ölkədən nüvə dövlətinə çevrilmək də məhz həmin siyasətin nəticəsidir.

Əhalimizin 65 faizi peşə təhsilinə inamla yanaşır. Heç bir dövlət 100 faiz vətəndaşlarına ali təhsil verə bilmir. Gərək də deyil. Dünyada rəqəmlər və hədəflər fərqlidir. Qabaqcıl ABŞ-də sözügedən göstərici 50 faziə çatmır. Çünki yüksək biliklər tələb edən iqtisadi-sosial sferalar onsuz da bütün insanların hətta orta təhsili yüksək alsaydılar belə, yenə hamısını tam ixtisasla təmin etməyə imkan verməyəcəkdi".

Z.Oruc əlavə edib ki, bütün zəif oxuyan şagirdləri peşə təhsili ilə əhatə etsək, o cümlədən, təqaüdləri artıra bilsək, o zaman gerçəkdən ixtisaslı kadrlar məsələsini Qarabağ problemi kimi həll edə bilərik:

"Peşə Təhsili üzrə Dövlət Agentliyi məzunların 20 fazinin təhsil alarkən işlə təmin olunduğunu qeyd edir. Digər tərəfdən, ötən ilki 13000 məzundan 30 faizə qədəri iş tapa bilib. Əmək bazarının sürətlə dəyişdiyini nəzərə alsaq, xüsusilə aviasiya, elektron texnikası mühəndisləri, İT sahəsi, o cümlədən, müasir smart naviqasiya sistemləri üzrə mütəxəssislərə dərin ehtiyacı qarşılamq mümkün olmayıb.

Hər bir ölkənin milli təhlükəsizliyi içərisində məhz xaricdən deyil, milli kadrları hesabına idarəetmə və əmək bazarınının ehtiyaclarını qarşılaya bilməsidir. Ona görə də sözügedən qanun geniş təbliğ olunmalı, nazirliyə hər cür dəstək göstərilməlidir.

Qarabağ Universiteti Ali Baş Komandanın xüsusi təyinatlı təhsil ordusu yaratmaq strategiyasıdır. Peşə təhsili müəssisləri də artıqdca ölkəmizin inkişafı daha da sürətlənəcək, miqrasiya axınları azalacaqdır. Məcburi köçkünlərin indiyədək təhsilə əlçatanlığınıən aşağı olmasını aradan qaldırmaq və bütün əhaliyə vahid dövlət siyasətini çatdırmaq baxımından 2025-ci ilin ən mühüm hqquqi aktını hər kəs müdafiə edəcəkdir".

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Fevral 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri