Icma.az
close
up
RU
İyulun 10 u Ümumdünya Hüquq Günüdür

İyulun 10 u Ümumdünya Hüquq Günüdür

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-u Ümumdünya Hüquq Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu gün 1967-ci ildə İsveçrənin Cenevrə şəhərində keçirilən “Qanun vasitəsilə dünya sülhü” konfransında elan olunub. Ümumdünya Hüquq Günü dövlət və özəl sektor rəsmilərini qanunun əhəmiyyətini göstərməyə, mütəxəssisləri hüququn cəmiyyətdəki rolunu müdafiə etməyə çağırır. Bu gün, həmçinin beynəlxalq mübahisələrin həllində və dünyada sülhün qorunmasında hüququn vacibliyini vurğulayır.

Hazırda dünyada insan hüquqlarına dair ən əhəmiyyətli sənəd 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bu sənəd dünyadakı bütün kişi və qadınların malik olduqları hüquqları və fundamental azadlıqları irəli sürən preambuladan və 30 maddədən ibarətdir. Bəyannamədə mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlar əhatə edilib. Hazırda bu sənədin əksər müddəalarına beynəlxalq müstəvidə hüquqi cəhətdən məcburi öhdəliklər kimi istinad olunur. Bəyannamə çoxlu sayda qanunvericilik aktlarının əsasını təşkil edir.

Ölkəmizdə bütün hüquqi məsələlər müvafiq qanunvericiliklə tənzimlənir. Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Konstitusiyanın 24-71-ci maddələrini əhatə edən II bölməsinin III fəsli “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanır. Konstitusiyanın 24-cü maddəsində - “İnsan hüquq və azadlıqlarının əsas prinsipi”ndə qeyd olunur:

I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.

II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

“Hüquq” bütün ölkə və cəmiyyətlərdə ən mühüm anlayışlardan biri hesab olunur. Lakin təəssüf ki, bəzən müəyyən ölkə və təşkilatlar hüququ öz maraqlarına uyğun tətbiq etməyə cəhd göstərir. Bu hal isə başqalarının hüquqlarının pozulması və ya məhdudlaşdırılması ilə nəticələnir.

Təəssüflə bildirək ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə, həm də insanların hüquqlarını tapdalamışdı. Dədə-baba yurdlarından didərgin düşmüş, Xocalıda, Başlıbeldə, Ballıqayada və digər ərazilərdə erməni vəhşiliklərinin qurbanı olmuş, daim ağır silahların hədəfinə çevrilmiş mülki şəxslərin, o cümlədən uşaq, qoca və qadınların hüquqlarının bərpası məsələsi isə qlobal dövlətləri və beynəlxalq təşkilatları maraqlandırmırdı. Bu istiqamətində əməli addımlar atılmırdı. Yalnız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xalq-ordu-dövlət birliyi bütün maneələrə sinə gərdi və respublikamızın ərazi bütövlüyü bərpa olundu. Hazırda işğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işləri və icra olunan “Böyük Qayıdış” proqramı həmin ərazilərə yeni nəfəs verməklə yanaşı, sakinlərin hüquqlarını da təmin edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri