Icma.az
close
up
RU
İyulun 15 i Ümumdünya Gənclərin Bacarıqları Günüdür

İyulun 15 i Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 iyul, Təhminə Verdiyeva, AZƏRTAC

İyulun 15-i Ümumdünya Gənclərin Bacarıqları Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2014-cü ilin dekabrında təsis edilib.

15 İyul - Ümumdünya Gənclərin Bacarıqları Gününün qeyd olunmasında əsas məqsəd gənclərin bacarıqlarının inkişaf etdirilməsinə yönəldilən sərmayələrin əhəmiyyəti haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsindən, işsizlik və tam məşğulluğun təmin olunmaması kimi problemlərin həllindən və gənclərin sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılmasından ibarətdir. Bu tarix, həmçinin gənclərin davamlı inkişafdakı rolunu önə çəkir, onların peşə hazırlığının və məşğulluğunun təmin olunmasının vacibliyinə diqqəti yönəldir.

Ümumdünya Gənclərin Bacarıqları Günü bu il “Gənclərin süni intellekt və rəqəmsal bacarıqlarla gücləndirilməsi” devizi ilə qeyd edilir. Bu, yalnız bir çağırış deyil, həm də fürsətdir ki, gənclər artıq dəyişikliklərin obyektindən çox, onun fəal iştirakçısına çevriliblər.

Yeni bacarıqlarla gələcəyə doğru

Artıq 10 ildir ki, gənclərin texniki, peşə, rəqəmsal və sosial bacarıqlarının inkişafı məsələsi beynəlxalq səviyyədə təşviq olunur. Çünki getdikcə əmək bazarı dəyişir, texnologiyalar inkişaf edir, yeni peşələr yaranır. Belə bir dönəmdə gənclərin bacarıqlarla “silahlanması” isə əvvəlki vaxtlardan daha vacibdir.

İndi dünyada milyonlarla gənc AI, kodlaşdırma, dizayn, peşə və yumşaq bacarıqlar (liderlik, ünsiyyət, komanda işi) kimi sahələrdə özünü inkişaf etdirir. Onlar əmək bazarının tələblərinə uyğunlaşırlar.

Beynəlxalq Əmək Təşkilatının 2024-cü il üzrə hesabatına əsasən, dünyada gənclər arasında işsizlik azalmaqdadır. Gənclərin məşğulluq səviyyəsi innovativ təhsil proqramları nəticəsində yüksəlir. Rəqəmsal alətlər, onlayn təlim platformaları, süni intellekt və əsaslı öyrənmə sistemləri gənclərin bacarıqlarını daha əlçatan və fərdiləşdirilmiş edir.

Bütün bunlar göstərir ki, gənclər artıq təkcə təlim alan yox, həm də yaradan, liderlik edən və dəyişiklik aparan qüvvəyə çevriliblər.

Bacarıqlı gənclər üçün əlverişli şərait

Azərbaycanda son illər gənclərin inkişafına yönəlmiş, onların peşə, rəqəmsal və sosial bacarıqlarını əhatə edən mütərəqqi bir sistem formalaşdırılıb. Məsələn, Peşə Təhsili üzrə Dövlət Agentliyi ölkədəki 50-dən çox peşə təhsil müəssisəsini müasirləşdirib və minlərlə gəncə müasir texnologiyalarla tədris verilir.

4SI Academy (4-cü Sənaye İnqilabı Akademiyası) çərçivəsində gənclər “AI for Everyone”, “Python for Data Science” və “Cybersecurity” kimi kurslara cəlb olunurlar. Gənclərin Rəqəmsal Bacarıqlarının İnkişafı Proqramı çərçivəsində 2024-cü ildə 5 mindən çox tələbə regional mərkəzlərdə proqramlaşdırma və süni intellekt təlimləri alıb. Sahibkarlıq üzrə gənclər proqramları, “JA Azerbaijan” və “Startap məktəbləri” vasitəsilə yüzlərlə gənc öz biznes ideyasını reallaşdırır.

Bu və digər təşəbbüslər təkcə rəqəmlərlə deyil, həm də həyat dəyişdirən real uğur hekayələri ilə ölçülür.

Gənclər davamlı inkişafa töhfə verirlər

Ölkəmizdə gənclərin bacarıqları davamlı inkişaf məqsədlərinə yönəlik fəaliyyətlərlə uzlaşır. Bu sırada keyfiyyətli təhsil, layiqli iş və iqtisadi artım, eləcə də innovasiya və infrastruktur əsas yer tutur. Belə ki, Azərbaycanda bacarıq əsaslı kurikulumlar vasitəsilə gənclər yalnız məlumat deyil, real bilik və tətbiqi bacarıqlar əldə edirlər. Gənclərin əmək bazarına düzgün keçidi üçün peşə təhsili artıq strateji prioritetdir. Startaplar, innovasiya mərkəzləri və “FabLab” platformaları gəncləri yaradıcı düşünməyə təşviq edir. Orta və ali təhsil müəssisələrində, həmçinin regionlarda təşkil olunan “Gənc mühəndislər forumları”, “Robotex” yarışları və “Startup günləri” gənclərin sosial və texnoloji cəhətdən fəal və təsirli vətəndaşlar kimi yetişdiyini sübut edir.

Bugünkü dünya texnologiya ilə sürətlə dəyişir və bu prosesin əsas aparıcı qüvvəsi bacarıqlı gənclərdir. Azərbaycan gəncləri də prosesin fəal iştirakçılarıdır. Gənclər ölkədə onlar üçün yaradılmış şəraitdən yararlanaraq sadəcə gələcəyə hazırlaşmır, gələcəyi özləri qururlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri