Icma.az
close
up
RU
Sentyabrın 10 u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür

Sentyabrın 10 u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 sentyabr, AZƏRTAC

2003-cü ildən etibarən hər il sentyabrın 10-u Ümumdünya Səhiyyə Təşkilatı (ÜST,) İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiyanın dəstəyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi ilə Ümumdünya İntiharların Qarşısının Alınması Günü qeyd olunur.

Müasir həyat və iş ritmi, eləcə də bir çox subyektiv amillər insanın müəyyən məqamda öz həyatına qarşı cinayət törətmək – intihar etmək qərarına gəlməsinə səbəb ola bilər. Statistikaya görə, dünyada zorakı ölüm hallarının orta hesabla yarısını intiharlar təşkil edir. İntihar qlobal və faciəvi səhiyyə problemidir. Statistik məlumatlara əsasən, dünyada intihar nəticəsində ölən insanların sayı müharibələr və zorakı qətllər nəticəsində ölənlərin ümumi sayına bərabərdir.

AZƏRTAC xəbər verir ki, ÜST-nin məlumatına görə, hazırda dünyada hər il 720 mindən çox intihar hadisəsi baş verir, hər 40 saniyədə bir insan intihar nəticəsində həyatını itirir. İntihar 15–29 yaş qrupunda ölümün əsas səbəbləri arasında üçüncü yerdədir. Dünyadakı intiharların 77 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir. Ən aşağı göstəricilər isə Latın Amerikası və İslam ölkələrində qeydə alınır.

İntiharların əsas səbəbləri arasında yoxsulluq, işsizlik, cəzalandırılmaq qorxusu, psixi xəstəliklər, ailədaxili problemlər, güclü emosional sarsıntılar, həyatdan doyma və ağır xəstəliklər göstərilir.

Ekspertlərin fikrincə, heç bir amil insanın nə üçün intihar etdiyini tam şəkildə izah edə bilməz. İntihar davranışı şəxsi, sosial, psixoloji, mədəni, bioloji və ətraf mühitlə bağlı bir sıra amillərin qarşılıqlı təsiri ilə formalaşan mürəkkəb hadisədir. Onların fikrincə, intihara cəhd edən insanların əksəriyyətinin ölmək üçün qəti istəyi olmur. Çox vaxt intihar etmək niyyətində olan insanlar öz niyyətləri barədə açıq şəkildə xəbərdarlıq edirlər. Buna görə də həmin xarakterli bütün təhdidlərə ciddi yanaşmaq lazımdır. Bu baxımdan, İntiharların Qarşısının Alınması üzrə Beynəlxalq Assosiasiya ÜST ilə əməkdaşlıq çərçivəsində ictimaiyyəti və hakimiyyət orqanlarını bu gün insanların intihar nəticəsində itirilə biləcək həyatlarının xilas edilməsinə görə məsuliyyət hissinin gücləndirilməsinə yönəlmiş tədbirlər və aksiyalar keçirməyə çağırır.

Bununla yanaşı, ÜST və digər tərəfdaşlar yalnız intiharların qarşısının alınmasına deyil, intihara cəhd etmiş şəxslərin lazımi müalicə və sonrakı qayğı ilə təmin olunmasına, eləcə də intihar hallarının mediada daha məsuliyyətli və ölçülü şəkildə işıqlandırılmasına çağırırlar. Qlobal səviyyədə ictimaiyyətin məlumatlılığını artırmaq, intiharların qarşısı alına bilən vaxtından əvvəl ölüm səbəblərindən biri olduğunu diqqətə çatdırmaq zəruridir.

Müxbir - Göyçək Mahmudlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2026 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri