İyulun birinci ongünlüyündə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 2 iyul, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti iyul ayının birinci ongünlüyündə ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, bu müddətdə ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qeyd edilir ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2, iyunda 1 dərəcə yuxarı olub. İyulun birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır.Həmçinin bu müddətdə havanın maksimal temperaturunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-8 dərəcə aşağı olacağı gözlənilir. Belə ki, ötən il iyulun birinci ongünlüyündə Bakıda və Abşeron yarımadasında 38, bölgələrdə 40 dərəcəyədək isti müşahidə edilmişdisə, bu ilin müvafiq dövründə Bakıda və Abşeron yarımadasında 30-33, bölgələrdə isə 35 dərəcəyə yaxın isti olacağı ehtimal edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 02 İyul 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















