Icma.az
close
up
RU
Ofelyadan onu tənqid edənlərə cavab: “Vaxt gələcək...”

Ofelyadan onu tənqid edənlərə cavab: “Vaxt gələcək...”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Ofelya Şabanova "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.

O, ərindən icazəsiz heç bir kosmetoloji prosedur etdirmədiyini etiraf edib.

Onun sözlərinə görə, bu cür addımlar dini baxımdan düzgün deyil:

"Ərindən icazəsiz kosmetoloji prosedur etdirmək olmaz. İcazəsiz olarsa, mələklər ömür boyu qadına lənət oxuyar".

Ofelya Şabanova fikirlərini daha da sərtləşdirərək qeyd edib ki, ərdən xəbərsiz qonşuya su vermək belə haramdır:

"Ərdən xəbərsiz qonşuya su da vermək olmaz. Bu da haramdır. Mələklər ömür boyu lənət oxuyacaq".

Müğənni əlavə edib ki, bu düşüncədə qalmaqda qətiyyətlidir:

"Kimin mənə yaxşı və ya pis baxmasından asılı olmayaraq, bu fikirdəyəm".

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, hətta sərt tənqidlərə də məruz qalıb.

Bəs bu qədər tənqidə baxmayaraq, o, nə üçün hələ də bu mövzuda açıqlamalar verməkdə davam edir?

"Cebheinfo.az"-a açıqlamasında müğənni Ofelya Şabanova bildirib ki, efirlərdə yayımlanan məzmun gənc nəslin formalaşmasında mühüm rol oynayır.

O, əxlaqın təbliğinin vacibliyini önə çəkib:

"Əxlaqsız əxlaqsızlığından əl çəkmirsə, mən niyə əxlaqımdan əl çəkməliyəm? Gənclər, gənc ailələr efirlərə baxıb formalaşırlar. Mənim kimi ən azından 3,4 sənət adamı əxlaqı təbliğ etsə, boşanmaların, qətllərin, əxlaqsızların sayı minimuma enər".

Müğənni qeyd edib ki, fikirlərini hədəf alanlar gələcəkdə bunun nəticələrini görə bilərlər:

"İt var ki, evdə çox gözəl bəsləyirlər, it də var küçədə kimsəsiz həyatını başa vurur. Yəni mənim fikirlərimi tənqid edən həmcinslərim vaxt gələcək qocalar evində növbəyə duracaqlar. El məclislərində tez-tez oluram. Qadınların mənə olan münasibəti sübut edir ki, fikirlərimi qəbul edən və məni sevənlər daha çoxdur".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see380

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see245

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see237

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see231

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see221

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see219

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see208

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see197

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see196

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see194

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see193

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see192

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see191

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see189

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see189

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see186

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see185

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see183

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see179

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri