Icma.az
close
up
RU
Röyal Nəcəfov: “Qarşımıza çempion olmaq hədəfi qoyulmayıb”

Röyal Nəcəfov: “Qarşımıza çempion olmaq hədəfi qoyulmayıb”

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında mövsümün sürpriz komandası var. Söhbət “Baku Sportinq”dən gedir.

Bəllidi ki, “futbol ili”nin əvvəlində iddialı olacağı güman edilən kollektivlər “Şəfa”, “Səbail” və “Mingəçevir” idi. Daha dəqiqi, çempionluq uğrunda mübarizənin məhz bu komandalar arasında gedəcəyi təxmin edilirdi. Lakin zaman proqnozları tam doğrultmadı. Belə ki, “Şəfa” fasiləyə məğlubiyyətsiz “qış çempionu” kimi yollanmağı bacarsa da, xeyli xal itkisinə məruz qalan “Səbail” 3-cü, “Mingəçevir” 4-cü pillədə qərarlaşdı. 2-ci sıra isə Buzovna təmsilçisinin bəxtinə yazıldı. Bu kollektiv hazırda “Şəfa”dan cəmi 5 xal geridədi.
Maraqlıdı, bəs “Baku Sportinq” bu uğura necə nail oldu? Buzovnalılar həqiqədən də özünü çempionluq uğrunda mübarizəyə hazır hiss edirmi? Əsas məsələyə gəlincə, bunun üçün yetərli maliyyə gücü varmı?
Bu sualları komandanın baş məşqçisi Röyal Nəcəfov cavabladı:

“Bəli, bir çoxları bizdən bu nəticəni gözləmirdi. Çünki böyük büdcəyə sahib olan komandalara qarşı mübarizə aparırıq. Hətta bəzi rəqiblərin maliyyə gücü bizdən iki-üç dəfə çoxdu. Sadəcə, yaratdığımız komanda, işə yanaşma tərzi, futbolçuların performansı qış fasiləsinə 2-ci pillədə yollanmağımıza səbəb oldu. Çalışacağıq ki, sabit nəticələr qazanmağa davam edik. Daha böyük uğurlar qazanmaq istəyirik. Bunun üçün mütləq güclənməliyik. Fikrimizdə bir neçə yeni futbolçu transfer etmək planı var. Bunu həyata keçirsək, daha qüvvətli olacağıq. Çünki bəzi mövqelərdə boşluqlar var. Azı 3-4 futbolçu almağa məcburuq. İnanırıq ki, fasilədə istəyimizə çatacağıq. Bununla belə, qarşımıza çempion olmaq hədəfi qoyulmayıb. Məqsəd yaxşı komanda formalaşdırmaq və bütün rəqiblərə qarşı layiqincə mübarizə aparmaq idi. Bunu bacardıq. İnanırıq ki, bu cür davam edəcəyik. Sona qədər vuruşmalıyıq. Onsuz da əsas rəqiblərin büdcəsi bizdən qat-qat çoxdu. Əlimizdən gələni edəcəyik ki, mövsümü maksimum yuxarı sıralarda bitirək. Çempionluq sözü ağır sözdü. Bizi uzun marafon gözləyir. Onu da bildirim ki, futbolçumuz Xəyyam Məmmədli U-21 millisinin yanvar ayı üçün planlaşdırılan təlim-məşq toplanışına dəvət edilib. Bu, bizim üçün çox böyük uğurdu. Çünki “Baku Sportinq” tarixində ilkə imza atıldı. Çalışacağıq ki, milli komandaya dəvət alan futbolçularımızın sayını artıraq”.

Röyal bəy komandanın qış hazırlıq planını da bizimlə bölüşdü:

“Futbolçular ilin son matçından sonra istirahətə buraxılıb. Yanvarın 4-də bir araya gələcəyik və məqşlərə start verəcəyik. Mövsümün qalan hissəsinə daha yaxşı hazırlaşacağıq. Bu çərçivədə dörd yoxlama oyunu keçirəcəyik”.

Maraq üçün qeyd edək ki, Röyal Nəcəfovun müvafiq məşqçi kateqoriyası olmadığından matçların protokolunda başqa mütəxəssisin – Samir Ələkbərovun adı yazılır.
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Yanvar 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri