Icma.az
close
up
RU
İyunun sonunda bu təhlükəni heç kim gözləmirdi Əhaliyə xəbərdarlıq

İyunun sonunda bu təhlükəni heç kim gözləmirdi Əhaliyə xəbərdarlıq

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyun ayının 28-i olsa da, Bakıda hava hələ də küləkli və dəyişkəndir. Paytaxtda son günlər müşahidə olunan güclü şimal küləklərinə baxmayaraq, bir çox insan çimərliklərə üz tutur. Bəs belə havada dənizə girmək nə dərəcədə doğrudur? Küləkli hava insan sağlamlığına necə təsir edir?

Yenisabah.az xəbər verir ki, küləkli havalarda dəniz səthində dalğalanmalar artır, xüsusilə Xəzər kimi açıq və geniş səthli sularda bu, daha qabarıq hiss olunur. Güclü külək dalğaların yüksəkliyini və gücünü artırır, bu isə həm suyun içində olanlar, həm də çimərlikdə istirahət edənlər üçün təhlükə yarada bilər. Hətta üzməyi yaxşı bacaran şəxslər belə, bu cür havalarda dalğaların təsiri ilə istiqamətini itirə və yorğunluq səbəbilə boğulma riski ilə qarşılaşa bilər.

Mütəxəssislər bildirir ki, küləkli hava şəraitində dəniz suyunun tərkibi də dəyişə bilər. Külək suyun alt təbəqələrindəki çöküntüləri, mikrobları və müxtəlif zərərli maddələri yuxarıya qaldıra bilər. Bu da xüsusilə də həssas dərisi və ya açıq yarası olan insanlar üçün infeksiya riski yaradır. Külək həmçinin sahil boyunca müxtəlif tullantıların suya qarışmasına səbəb ola bilər.

İyun olsa da, külək dəniz sahillərində havanı xeyli soyudur. Suya girən şəxslər bədən temperaturunun sürətlə düşməsi ilə üzləşə bilər. Bu isə hipotermiya kimi təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxara bilər. Uşaqlar və yaşlılar bu baxımdan daha risk altındadır.

Bəs nə vaxt dənizə girmək olar?

Mütəxəssislər tövsiyə edir ki, güclü küləkli günlərdə dənizə girməkdən imtina edilsin. Əgər çimərlikdə külək 8 m/s və daha güclüdürsə, suya girmək risklidir. Dəniz suyunun şəffaflığı azalıbsa və sahildə “qırmızı bayraq” qaldırılıbsa, bu, təhlükə siqnalıdır və çimmək qəti qadağandır.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyun 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri