Icma.az
close
up
RU
İzzət əsəbiləşdi: “Onu görməyəcəksiniz!”

İzzət əsəbiləşdi: “Onu görməyəcəksiniz!”

Müğənni İzzət Bağırov ona ünvanlanan suala əsəbiləşib.

"Qonaqcanlı" verilişinə gələn ifaçı gənc və formada qalmasından danışıb. 48 yaşlı sənətçi deyib ki, insanların hər gün ona cavan qalması haqda verdiyi suala əsəbiləşir:

"Şükür Allaha, biri dedi, maşallah (aparıcı Aytəkin Mərdanovanı nəzərdə tutur - red.). Hər gün bununla rastlaşıram: Sən niyə qocaqlmırsan? Mənim qocalmağımı gözləyirlər. Onu görməyəcəksiniz. Yaşlı analar görəndə deyir, maşallah, gözümüzü açandan səni belə görmüşük. Cavanlar isə az qalır deyə ki, qocal çıx get".

Qeyd edək ki, İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən balaxanılıdır. O, 15 yaşı olanda "7-17" Dövlət müsabiqəsində iştirak edib və qalib olub. 1995-ci ildən daha da populyarlaşıb./Yenisabah.az

seeBaxış sayı:22
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri