Maliyyə Nazirliyinin vahid xəzinə qalığının depozit qoyulmasının bank sisteminə təsirləri açıqlanıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Cari ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının depozit formasında sistem əhəmiyyətli banklarda yerləşdirilməsi üzrə hərracın keçirilməsi bank sisteminin likvidlik mövqeyinə artırıcı, 1D AZIR indeksinə isə azaldıcı təsir göstərib.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Banklararası pul bazarındakı faizləri tənzimləmək üçün daimi imkan alətləri ilə yanaşı cari ilin ötən dövründə müntəzəm şəkildə 1 həftəlik REPO və əks-REPO əməliyyatları da aparılıb. 1D AZIR indeksinin orta günlük səviyyəsi aprelin ilk ongünlüyündə 7.68%, 2-ci ongünlüyündə isə 7.21% olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Aprel 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















