Jaguar Land Rover ABŞ də 250 mindən çox avtomobili geri çağırır
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın "Jaguar Land Rover" avtomobil şirkəti sürücünün təhlükəsizlik yastığının açılmasına təsir edən nasazlığa görə ABŞ-də 250 857 ədəd yolsuzluq avtomobilini geri çağırır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-nin Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin hesabatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu proses Hindistanın "Tata Motors" korporasiyasına məxsus olan "Land Rover"in "Defender", "Discovery" modellərinə və "Range Rover" seriyasından olan bəzi yolsuzluq avtomobillərinə aid ediləcək.
Maşınların hansı illərdə istehsal olunduğu barədə məlumat verilməyib. Problemə sürücünün təhlükəsizlik yastığındakı yay birləşdiricisinin korroziyaya uğraması səbəb olub ki, bu nasazlıq sistemin vaxtında və düzgün işləməsinin qarşısını ala bilər. Nəticə etibarilə qəza anında xəsarət almaq riski yüksəlir.
"Reuters"in məlumatına görə, dilerlər konnektor klemalarına pulsuz şəkildə xüsusi qoruyucu sürtkü geli tətbiq edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 26 İyun 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















