Jalə Əhmədovaya özbək çapanı hədiyyə olundu iki dövlət arasında dostluq jesti
Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Doğru.az xəbər verir ki, bu barədə eks-deputat Jalə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib.
Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvləri bir müddət əvvəl Özbəkistan Respublikasının Gənclər və İdman Nazirliyində keçirilən rəsmi görüşdə iştirak ediblər. Görüş zamanı nazir tərəfindən Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədovaya özbək milli çapanı hədiyyə olunub.
Sözügedən hədiyyə Bakıya qayıtdıqdan sonra keçirilən Federasiyanın növbəti iclasında İdarə Heyətinin sədri Vasif Namaz tərəfindən təqdim edilib. Jalə Əhmədova bu hədiyyəni böyük minnətdarlıqla qəbul etdiyini bildirib:
“Bu çapan təkcə bir geyim deyil – o, Azərbaycan ilə Özbəkistan arasında möhkəm dostluğun, ortaq dəyərlərin və qardaşlıq münasibətlərinin təcəssümüdür.”
Qeyd edək ki, bu cür mədəni jestlər türk dünyasında qarşılıqlı hörmətin və birliyin göstəricisi kimi mühüm əhəmiyyət daşıyır.
DOĞRU.AZ
Baxış sayı:118
Bu xəbər 20 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















