Jirinovskinin inanılmaz proqnozları: ABŞ Rusiya belə razılaşır
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sabiq sədri Vladimir Jirinovskinin həyatının son illərində verdiyi proqnozlarla təəccübləndirməkdə davam edir.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Jirinovskinin daha bir “peyğəmbərliyi” üzə çıxıb.
Söhbət Vladimir Volfoviçin “Vladimir Solovyovla axşam” verilişindəki bir çıxışından gedir. 2020-ci ilin noyabrında ABŞ-dakı prezident seçkilərində Co Baydenin qələbəsindən danışan RLDP lideri Trampın növbəti seçkilərdə qalib gələcəyini proqnozlaşdırmaqla yanaşı, həm də ölkələr arasında “təsir zonaları” mübadiləsinin aparıla biləcəyini bəyan edib.
Proqramda Jirinovski deyib: “2024-cü ildə Co Bayden hər şeyini itirəcək. Tramp növbəti seçkilərdə iştirak edib qalib gələcək. Biz də ona bu seçkidə kömək edə bilərdik. O, 2016-da seçiləndə də heç nə etmədik. Əgər 2020-ci ildə onun beyninin bir az gücü olsaydı, bizdən haradasa nəsə etməyimizi xahiş edərdi və o da, biz də qalib olardıq. Biz məsələn, Ukraynada bizə aid mövqeyimizi götürərdik. Ona da məsələn, Venesuela ilə bağlı fürsət verilərdi. O, Venesuelanı götürür, biz Ukraynanı. Amma heç kim heç nə etmir. Əgər bizə Tramp lazımdırsa, gəlin ona kömək edək”.
Vladimir Solovyov isə Jirinovskiyə etiraz edərək "Tramp bizə nə üçün lazımdır, Trampın bizə nə xeyri var axı…? O, bizə “hamıdan çox sanksiyalar tətbiq etməyibmi”, - deyə, soruşub.
Jirinovski əsəbi şəkildə cavab verib: “Niyə nə? Onu bizdən asılı buraxmaq, başa düşmürsənmi?”
O, hətta ABŞ-ın neft blokadasına niyə ehtiyac duyduğunu belə izah edib: “Karakas neft qaçaqmalçılığına məcbur olacaq və nəticədə Venesuela nefti, lakin daha ucuz başa gələcək və ABŞ-ın ehtiyacları üçün istifadə olunacaq. Və ABŞ öz bahalı neftini Avropaya və digər ölkələrə hədsiz qiymətlərlə satmağa çalışacaq”.
Kp.ru saytı Jirinovski ilə Solovyov arasındakı bu mükaliməyə şərh verib:
“Vladimir Volfoviç çox yaxşı başa düşürdü: Venesuela dünyanın ən zəngin neft ehtiyatlarına malikdir (təqribən 303 milyard barrel, Səudiyyə Ərəbistanı, İran və İraqda təxminən 200 milyard barrel – red.). Bu o deməkdir ki, ölkə ABŞ-ın maraq zonasında qalacaq. Xüsusilə, 1999-cu ildə Uqo Çaves hakimiyyətə gəlməmişdən əvvəl Venesuelanın neft yataqlarının əksəriyyəti Amerika şirkətləri tərəfindən işlənilib və Ağ Ev şübhəsiz ki, həmin “qızıl dövrə” qayıtmaq istəyəcək...
Jirinovskinin siyasi proqnozu doğrulub: Rusiya və ABŞ Ukraynanı ilə bağlı razılığa gəlməyə çalışır. Digər tərəfdən, Vaşinqton Venesuelanı ələ keçirməyə çalışır.
Yeri gəlmişkən, Jirinovski Venesuela ilə müharibənin ABŞ üçün ikinci Vyetnam olacağını proqnozlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















