Joker in səsi alqoritmlərə qarşı: Dublyaj ulduzları həyəcan təbili çalırlar
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də 2023-cü ildəki böyük tətillərdən sonra ilk dəfə kino sənayesini təhdid edən yeni ciddi təhlükə barədə xəbərdarlıq edilib - süni intellekt dünyada minlərlə peşəkar dublyaj aktyorunu işsiz qoya bilər. Problem artıq qlobal xarakter alır və bir çox ölkələrdə səsləndirmə mütəxəssislərini təhdid edir.
Oxu.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə müxtəlif animasiya qəhrəmanlarını və Ben Afflek, Xoakin Feniks kimi məşhur aktyorları fransız dilində səsləndirən Boris Relinger danışıb.
O, ruhsuz bir maşınla yarışdığını hiss etdiyini deyib.
"Bizə dəqiq qanunvericilik qaydaları lazımdır. Bu, at arabalarını əvəz edən avtomobillərin meydana gəlməsi kimidir - yol hərəkəti qaydaları tələb olunurdu. İndi biz sənayemizdə süni intellektlə bənzər vəziyyətdəyik", - deyə Relinger müsahibəsində vurğulayıb.
"Joker"in səsi alqoritmlərə qarşı: Dublyaj ulduzları həyəcan təbili çalırlar


