Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

JPCERT/CC mərkəzi ilə birgə təşəbbüslərə başlayır KONKRET

JPCERT/CC mərkəzi ilə birgə təşəbbüslərə başlayır KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin (JPCERT/CC) nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyəti Mərkəzin Qlobal koordinasiya bölməsinin direktoru Koichiro Komiyama və həmin bölmənin kibertəhlükələr üzrə analitiki Shihono Yonezavadan ibarət olub.

KONKRET.az xəbər verir ki, institutdan azərtac-a bildirilib ki, görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev Azərbaycanda kibertəhlükəsizlik sahəsində ardıcıl və sistemli dövlət siyasətinin həyata keçirildiyini, informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi müəyyənləşdirildiyini vurğulayıb. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın əhəmiyyətinə toxunub.

Kibertəhdidlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdıran institutun baş direktoru bu baxımdan Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin nümayəndələri ilə İnformasiya Texnologiyaları İnstitutunda keçirilən görüşün önəminə diqqət çəkib. Alim belə görüşlərin keçirilməsinin beynəlxalq təcrübənin öyrənilməsi və kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət imkanlarının genişləndirilməsi baxımından mühüm rolu olduğunu qeyd edib.

Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda 30 ildən çox müddətdə kibertəhlükəsizliyin aktual elmi-praktik problemlərinin araşdırıldığını, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirildiyini vurğulayıb. Alim institutda süni intellekt, “data science”, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim, Əşyaların İnterneti, böyük verilənlərin analitikası istiqamətində aparılan tədqiqatlardan bəhs edib. Həmçinin institutun təşkilatçılığı ilə dövlətin kibersuverenliyinin təmin olunmasına, rəqəmsal kriminalistikanın və proqram mühəndisliyinin aktual elmi-praktiki problemlərinə həsr olunmuş konfransların keçirilməsinin planlaşdırıldığını söyləyib.

AMEA-nın vitse-prezidenti Azərbaycanda ilk Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi –CERT-in (“AzScienceCERT”) məhz İnformasiya Texnologiyaları İnstitutunda yaradıldığını diqqətə çatdırıb. Alim “AzScienceNet” şəbəkəsinin 2015-ci ildə GEANT Assosiasiyasında milli elm və təhsil şəbəkələrinin operatoru statusunda üzvlüyə qəbul olunmasını “AzScienceCERT”in institusional və texnoloji inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Alim iki qurum arasında əməkdaşlığın milli kibertəhlükəsizlik ekosisteminin möhkəmləndirilməsinə, rəqəmsal infrastrukturun dayanıqlığının təmin olunmasına və ölkədə qabaqcıl kibertəhlükəsizlik təcrübələrinin tətbiqinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş çərçivəsində JPCERT/CC ilə ikitərəfli əlaqələrin qurulması, kibertəhlükəsizlik sahəsində birgə təşəbbüslərin reallaşdırılması, kadr və təcrübə mübadiləsinin aparılması, eləcə də birgə konfransların keçirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Mart 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri