Icma.az
close
up
RU
Juninyo Qarabağ a qayıdır? Qurbanov açıqladı

Juninyo Qarabağ a qayıdır? Qurbanov açıqladı

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sumqayıt"" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalisitlərin suallarını cavablandırıb:

"Rəqibi təbrik edirəm. İki oyuna altı xal toplayıblar, çox yaxşı başlanğıcdır. Özümüzə gəldikdə, çox da deyəcək söz yoxdur. Futbolçularımı anlayıram. Oyundan da hiss olunur ki, oynamayanlar oyuna çıxsa da, hələ yorğunçuluq var idi, motivasiya qaydasında deyildi. Amma başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da çox sıx qrafik gözləyəcək. Bu məğlubiyyətin faydası olacaq. Futbolçular da bunu anlayacaqlar. Uğurlardan sonra belə oyunlar bizim faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insanda, komandada bir az loru dildə desək, burun yuxarı qalxır. Oyundur. Bu gün üç xal rəqibin haqqı idi. Heç nədən qapımızda qol gördük. İmkanlarımız var idi. Top qapıdan keçməli idi, keçmədi. Həm bizim məşqçilər, həm də futbolçular, həm də klub üçün yaxşı başlanğıc oldu".

- Nərimanı risk etmədiz?

- Bəli, zədəsi var idi. Hələ də ayağında gərginlik var idi. Geridə qalan 2-3 gündə müalicə olunub. Məşqdə də iştirak etməyib.

- Juninyonun icarəyə götürülməsi həqiqətdir?

- Xeyr. Elə məlumat yoxdur. Danışıq da olmayıb. Ola bilər ki, orada oynamır deyə, burada fikirlər yaranıb.

- Düşünmürsüz ki, "Qarabağ" meydana ikinci heyətlə çıxdığı üçün uduzdu?

- Məğlub olduqsa, olduq. Dəfələrlə olub ki, meydana fərqli heyətlə çıxmışıq, uduzmuşuq. Bəlkə əsas hyeyətlə meydana çıxsaydıq, uduzardıq. İki gün əvvəl oynamışıq. Yol yorğunçuluğu var idi.

- Hazırda heyətdə 15 legioner var. Növbəti legionerlər üçün 200 min manat lazım olacaq...Növbəti legionerlər olacaq?

- Çalışırıq ki, olsun. 200 min manata görə, nə edək? Başqa çıxış yolumuz yoxdur. Lazımdırsa, işimizi keyfiyyətli etmək istəyiriksə, bu addımlara gedəcəyik.

- "Qarabağ"ın qol buraxdığı epizodda Şahruddinin səhvi var idi. Abbas da ona etiraz etdi....

- Bir az kuryoz qol alındı. Tam görmədim. Abbas öz işi ilə məşğul olsa, yaxşıdır. Başı ilə çıxarası deyil ki. Hərə öz işi ilə məşğul olsa, işi düzgün yetirmək hamının borcudur.

- Son 3 mövsümün ilk turunda 0:1 uduzursuz. Təsadüfdür, yoxsa köklənməmisiz Premyer Liqaya?

- Yadıma düşdü. Amma bu, ikinci tur idi(gülür). Digər komandalar Avropadan gəlirik deyə, motivasiyamız aşağı idi. Ən vacibi yorğunçuluq idi. Bu gün yox, sabah da oynaya bilərdik. Oynamayan futbolçu öz idman formalarını itirirlər. Heç fikirləşməmişdim ki, 3 ildir belə hesabla uduzuruq. Əsas odur sonu yaxşı olsun.

- "Ferentsvaroş"la oyununuz var. Onların futbolçularının və məşqçilərinin qıcıqlandırıcı açıqlamaları var. Bu da əlavə sitmul ola bilər sizə?

- Onların fikri normaldır. Məğlub olduqdan sonra qarşıdakı oyuna motivasiya etmək üçün taktiki gedişdir. Amma biz onları düşünərək, oyuna hazırlaşası olsaq, öz oyunumuzu itirərik. Biz bütün oyunlara ciddi və səbirlə, təmkinlə hazırlaşmalıyıq. Futbolda olmayan nəticə yoxdur. Bütün turnirlərdə belə nəticə var. Kənar fikirlərə görə oyunlara hazırlaşsaq, çox gedə bilmərik, yarı yolda qalarıq. Bunu normal qəbul edirəm. Məşqçidir, futbolçuları oyuna hazırlaşdırmalıyıq. Bu işin içində olduğumuz üçün bunu normal qəbul edib, hazırlaşacağıq.

- "Ferentsvaroş"u keçsəz, ÇL-ə düşsəz, hansı stadionda oynaycaqsız?

- Bu oyun haqda düşünək. Vacib oyundur. Məndən başqa hamı sanki bu oyunu keçmiş kimi görünür. Bir tərəfdən sevindirici haldır. Həm inamdan, həm də güvəndən irəli gəlir. Həm də bizə mane olan fikirlərdir. Biz də ona qoşulsaq, o fikirlərdə olsaq....Qarşımızdakı rəqib "Ferentsvaroş"dur. Heç nədən qol vurmağı bacaran kollektivimiz var. Futbol elədir ki, 1-2 qol ciddi göstərici deyil. Çalışacağıq ki, səhvsiz oynayaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Avqust 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri