Icma.az
close
up
RU
Jurnalist ekstremal situasiyada

Jurnalist ekstremal situasiyada

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Mətbuat Şurası medianın belə vəziyyətlərdə fəaliyyətini müzakirə edib

Mətbuat Şurasının ekstremal şəraitlərdə jurnalistlərin davranışları ilə əlaqədar tövsiyələr hazırlanması, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na bununla əlaqədar müvafiq əlavələrin edilməsi zəruridir. Bu fikir Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclasında bildirilib. İdarə Heyətinin üzvləri dekabrın 25-də baş vermiş təyyarə qəzasının işıqlandırılması məsələlərinə toxunarkən, həmçinin belə qənaətə gəliblər ki, media təmsilçilərinin bədbəxt hadisə nəticəsində zərər çəkmiş şəxslərlə münasibətlərində ikincilərin düşdükləri durumu mütləq qaydada nəzərə almalarıdırlar.

Jurnalistlər zərərçəkənlərə sual xatirinə sual verməməli, vəziyyətə həssas yanaşmalı, onların cavablarının ictimai maraqlara, cəmiyyətin informasiya almaq hüququnun təminatına nə dərəcədə adekvat ola biləcəyi barədə düşünməli, ajiotaj yaratmamalıdırlar. Habelə, ekstremal situasiyaların işıqlandırılmasında zərərçəkənlərin yaxın qohumlarının, doğmalarının yayılmış informasiyaları eşidərkən sarsıntı keçirə bilmə ehtimallarına da ciddi şəkildə diqqət yetirilməlidir.

Toplantıda müzakirə edilən növbəti vacib məsələ Medianın İnkişafı Agentliyinin start verdiyi media savadlılığı həftəsinin əhəmiyyəti barədə olub. Bildirilib ki, mövzuya kompleks yanaşılması mütləqdir və Mətbuat Şurası da mövcud istiqamətdə fəal olmalıdır. Çünki “Media haqqında” Qanundakı media savadlılığı anlayışı geniş mahiyyət daşıyır, bütövlükdə ölkənin informasiya təhlükəsizliyini özündə ehtiva edir.

Mətbuat Şurası İdarə Heyətinin üzvləri çıxışlarında informasiyanın artan qlobal mahiyyətinə də toxunub, bununla əlaqədar misallar gətiriblər. Bu baxımdan peşəkar kadrların hazırlanmasının vacibliyi üzərində dayanılıb və diqqətə çatdırılıb ki, Azərbaycanın ayrı-ayrı təhsil ocaqlarında jurnalistika fakültələri fəaliyyət göstərirlər. Ancaq məsələyə daha sistemli yanaşılması üçün media sahəsində ayrıca ali məktəbin formalaşdırılması günün təxirəsalınmaz tələbidir. Çünki həm media özü dinamik struktura malikdir, həm də informasiya amili ölkələrin milli təhlükəsizlik məsələsi kimi özünü daha qabarıq formada göstərməkdədir.

Qeyd edək ki, toplantıda idarə heyətinin ötən iclasından bəri görülən işlərə dair MŞ sədri Rəşad Məcidin məlumatı da dinlənilib. Bildirilib ki, hesabat dövründə şuranın təşəbbüsü ilə “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans təşkil olundu. Toplantıda Prezident İlham Əliyevin bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibə apardıqlarına dair fikirləri üzərində dayanıldı, ölkə mediasının və jurnalistlərin qlobal çağırışlara, ölkəmizdəki sabitliyi və əminamanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşmalarının, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərmələrinin zəruriliyi vurğulandı.

MŞ sədri rəhbərlik etdiyi qurumun COP29-la bağlı fəaliyyətinin də müstəsna önəm daşıdığını bildirib. Belə ki, noyabrın 6-da Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.

R.Məcid onu da bildirib ki, Mətbuat Şurası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsini başa çatdırıb. Layihə çərçivəsində, ümumən, 5 toplantı keçirilib ki, onların dördüncüsü və beşincisi hesabat dövrünə təsadüf edir. Layihə çərçivəsində, həmçinin, MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, məqalələri və keçirilmiş tədbirlərin icmallarını birləşdirib.

Mətbuat Şurasına şikayətlərə gəlincə, R.Məcid hesabat dövründə Şuraya ünvanlanmış iki şikayətin üzərində dayanıb, onlarla bağlı müvafiq tədbirlərin reallaşdırıldığını diqqətə çatdırıb. Müzakirələr zamanı ayrı-ayrı media orqanlarının tənqid obyektlərini hədəfə götürmələrinin, onlarla bağlı silsilə yazılar təqdim etmələrinin və bununla da medianın ictimai missiyasına zidd davranmalarının, qərəzli mövqe tutmalarının yolverilməzliyi də vurğulanıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri