Icma.az
close
up
RU
Jurnalist saxta məlumatların ötürücüsü olursa, başqalarından necə peşəkar yanaşma tələb oluna bilər?

Jurnalist saxta məlumatların ötürücüsü olursa, başqalarından necə peşəkar yanaşma tələb oluna bilər?

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Ötən əsrin əvvələrindən  bir sıra ölkələrdə, xüsusilə də aparıcı ölkələrdə tədris olunan media savadlılığı son vaxtlar Azərbaycanda çox aktuallaşıb. Əslində, bu, çox mühüm və gərəkli bir sahədir. Ona görə ki, yaşadığımız dövrdə  cəmiyyətin istənilən təbəqəsi informasiya axınına məruz qalır. Ələlxüsus da saxta məlumatlar daha çox sosial mediada tüğyan edir".

Bunu AZ TV-nin Teleradio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, PhD Almaz Mahmud sosial mediada qarşılaşdığımız xəbərin doğru olub-olmadığını necə yoxlamalı, informasiya manipulyasiyasını necə tanımalı mövzusunda Redaktor.az-a danışarkən bildirdi.

Onun sözlərinə görə, sosial mediada yayılan informasiya ilə düzgün rəftar çox çətindir:

"Əgər birbaşa sahəsi, işi, missiyası informasiya ilə bağlı olan jurnalist sosial mediadakı informasiya axınında “batırsa”, yanlış informasiyaların təkcə təsirinə düşmək deyil, eyni zamanda o, saxta məlumatların ötürücüsü olursa, o zaman başqalarından necə peşəkar yanaşma tələb oluna bilər? Qızıl bir qayda var: xəbəri oxu, onun təsirinə düşmə, tənqidi düşün, xəbəri saf-çürük et və ən azı iki mənbədən yoxla. Ən əsası və sadəsi isə bax, gör ki, o xəbəri kim yayıb?"

Almaz Mahmud qeyd etdi ki, saxta mənbə ilə etibarlı mənbəni mütləq bir-birindən ayırmaq lazımdır:

"Bunun üçün xəbəri  birbaşa qəbul etmədən öncə araşdırmaq lazım gəlir. Amma tutaq ki, bir mühəndis sosial media profilində xəbər oxudu, indi nə etsin, işini atıb onu araşdırsın? O zaman belə çıxır ki, hər kəs həm də sanki jurnalist olmalıdır. Statistika göstərir ki, cəmiyyətlərdə əksər insanlar manipulyasının qurbanı olur. Bunun qarşısını qismən almaq isə yalnız maarifləndirici tədbirlər, treninqlər vasitəsilə ola bilər.  

Baxın, 44 günlük Vətən müharibəsində sosial mediada yanlış, saxta xəbərlər yox idi, çünki ictimai qınaq var idi, ölkə naminə birlik var idi. Yayılacaq hansısa məlumatın cəmiyyətə ziyanlı ola biləcəyi xəbərdarlığı var idi. Demək, insanlar açıq beyinlə düşünsələr, təsirə düşməyə bilərlər".

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri