Icma.az
close
up
RU
Bakıda 66 yol ötürücüsü və körpüyə baxış keçirilib

Bakıda 66 yol ötürücüsü və körpüyə baxış keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) paytaxtın yol-nəqliyyat infrastrukturunun etibarlılığının artırılması, mühəndis qurğularının vəziyyətinin nəzarətdə saxlanılması, hərəkət iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində tədbirləri davam etdirir. Qanunvericiliyin və texniki normativlərin tələblərinə əsasən, avtomobil yollarının tərkib hissəsi olan körpü və yol ötürücülərinin dövri yoxlanılması, faktiki vəziyyətinin qiymətləndirilməsi onların təhlükəsiz istismarının əsas şərtlərindəndir. Bu məqsədlə cari ilin may ayında agentliyin mütəxəssislərindən ibarət işçi qrup yaradılıb.

AAYDA-dan AZƏRTAC-a bildirilib ki, İşçi qrup Bakı şəhərində yerləşən 66 yol ötürücüsü və körpüyə vizual baxış keçirərək qurğuların mövcud vəziyyətini ilkin qiymətləndirib. Baxışların nəticələrinə əsasən, 13 yol ötürücüsü və körpünün texniki göstəricilərinin daha ətraflı öyrənilməsi məqsədəuyğun hesab olunaraq instrumental müayinəyə cəlb edilməsi qərara alınıb.

“İnstrumental müayinənin təyin olunması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini, deformasiya göstəricilərini və vizual baxış zamanı müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir.

İşlərin peşəkar və elmi-texniki əsaslarla aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, avqustun 27-dən seçilmiş yol ötürücüləri və körpülərdə instrumental müayinələrə başlanılacaq. Nəticələr əsasında qurğuların faktiki texniki vəziyyəti müəyyənləşdiriləcək, zərurət yarandığı halda təmir-bərpa və gücləndirmə tədbirləri planlaşdırılacaq.

Agentliyin həyata keçirdiyi sistemli nəzarət və qabaqlayıcı tədbirlər mümkün risklərin erkən müəyyənləşdirilməsinə, mühəndis qurğularının istismar müddətinin uzadılmasına və hərəkət təhlükəsizliyinin yüksəldilməsinə xidmət edir”, - deyə məlumatda qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri