Xırdalanda iki yeni tunel və yol ötürücüsü inşa ediləcək
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hər iki layihə Dövlət Proqramına daxil edilmiş 24 yol layihəsinin tərkib hissəsidir.
Hazırda Xırdalan şəhərindən keçən dəmir yolu xətti şəhəri iki hissəyə ayırır. Mövcud keçidlərin məhdudluğu sürücülərin əlavə məsafə qət etməsinə, ayrı-ayrı küçələrdə nəqliyyat sıxlığının yaranmasına, eləcə də M-1 və M-4 magistral avtomobil yollarına çıxış imkanlarının məhdudlaşmasına səbəb olur.
Birinci layihə çərçivəsində yeni tunelin və əlaqələndirici yolların inşası, həmçinin mövcud yolların və yol qovşaqlarının yenidən təşkili nəzərdə tutulur. Bu işlər nəticəsində Xırdalan şəhərinin M-1 və M-4 magistral avtomobil yolları ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi və şəhərin müxtəlif hissələri arasında əlavə hərəkət imkanlarının yaradılması planlaşdırılır.
İkinci layihə M-4 magistral avtomobil yolundan Xırdalan şəhərinin mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını əhatə edir. Layihəyə əsasən, yeni tunelin və müxtəlif səviyyəli yol ötürücüsünün inşası nəzərdə tutulur.
Hər iki layihənin reallaşdırılması Xırdalanın şəhərdaxili yol şəbəkəsi ilə əsas magistrallar arasında alternativ nəqliyyat əlaqələrinin formalaşmasına imkan verəcək. Bununla da nəqliyyat axınının müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi, sürücülərin əlavə məsafə qət etməsinin azaldılması və şəhərin daxili küçələrində sıxlığın aradan qaldırılması üçün şərait yaranacaq.
Layihələrin əsas məqsədi sakinlərin gündəlik gediş-gəlişini asanlaşdırmaq, nəqliyyatın hərəkətinin rahatlığını və təhlükəsizliyini artırmaq, eləcə də Xırdalan şəhərinin yol infrastrukturunu müasir tələblərə uyğun inkişaf etdirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Oktyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















