Icma.az
close
up
RU
“Jurnalist səfeh sual verib, Zaxaova isə səfeh cavab, vəssalam!”

“Jurnalist səfeh sual verib, Zaxaova isə səfeh cavab, vəssalam!”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Politoloq Zərdüşt Əlizadənin "Yeni Sabah"a müsahibəsi:

- Rusiya XİN-in mətbuat katibii Mariya Zaxarova ötən həftə RF və Azərbaycan arasında münasibətlərində soyuqluğ işarə edərək təhdidkar ifadə işlədib: "aşkar olanı görməmək yanlış, ədalətsiz və yeri gəlmişkən, çox təhlükəlidir". Sizcə, bu, Azərbaycana xəbərdarlıq mesajı kimi qəbul eedilməlidirmi?

- Bu məsələdə bir neçə əsas cəhət var. Birinci cəhət odur ki, Rusiyanın dövlət siyasətinin müəyyənləşdirilməsinə dair müzakirələr aparılarkən, onun heç 1 kilometrliyində belə Mariya Zaxarova olmur. Onun işi Rusiya XİN-in qərarlarını mətbuata çatdırmaqdır.

İkincisi, ölkə başçısı hər halda hər hansı bir addımı atarkən ölçüb-biçir və onun gələcəyini də nəzərə alır.

Üçüncüsü, əgər Rusiya Azərbaycana qarşı nəsə etmək istəsə, gərək əvvəl fikirləşsin, öz aqibəti necə olacaq?

2022-ci il fevralın 24-də düşünmədən Ukraynaya qarşı müharibəyə başladı və 3 ildir əziyyətini çəkir. Rusiya rəhbərliyi bundan sonra atdığı hər addımda ciddi fikirləşməlidir.

Nəhayət, dördüncüsü, bizdə bir söz var: "Əlindən gələni 5 qaba çək". Azərbaycan artıq Rusiyanın təsir dairəsindən çıxıb. Biz düşmənçilik axtarmırıq. Rusiyanın düşməni olmaq bizə əsla əl vermir. Bu səfehlik olar. Amma Azərbaycan artıq 30 ildir ki, oturuşmuş dövlətdir və özünün təhlükəsizlik meyarlarını təyin edə biləcək siyasət yürüdərək, hər hansı bir xarici dövlətdən asılılığı minimuma endirə bilir. Jurnalist səfeh sual verib, Zaxaova isə səfeh cavab. Vəssalam.

- Rəsmi Bakının Ermənistana qarşı irəli sürdüyü tələblərdən biri də Ermənistan ərazisində xarici qoşunların olmamasıdır. Bu, ilk dəfə mətbuatda səslənib və Hikmət Hacıyev Tehranda keçirilən beynəlxalq formda onu təkrarlayıb. Belə çıxır ki, Azərbaycan Ermənistan ərazisindəki Rusiya bazasının əleyhinədir?

- Məncə, bu, Azərbaycan və Ermənistan rəhbərliyinin qarşılıqlı, razılaşdırılmış mövqeyidir. Azərbaycanın bu mövqeyini Qərbdə də dəstəkləyirlər. Ermənistan daxilində də ideya dəstəklənir. Rusiya ona görə əsəbləşir və Azərbaycana qarşı xoşagəlməz sözlər işlədir. Amma əsas məsələ odur ki, Rusiyanı ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır. 

- Ermənistanın Aİ-yə üzvlük məsələsi qeyri-müəyyən hal aldığından Paşinyan hökuməti daha çox Rusiyaya meyl edir. Amma onunla müqayisədə rəsmi Bakı daha çox İsrail və ABŞ-yə meyillənir. Sizcə, Azərbaycanın hazırda müşahidə olunan anti-Rusiya mövqeyi müvəqqətidir, yoxsa daimi siyasi kurs?

- Azərbaycanın mövqeyi anti-Rusiya mövqeyi deyil. Sadəcə ehtiram məsafəsini saxlayırıq.

Ermənistanda Avropa İttifaqına (Aİ) daxil olmaq kimi səfeh iddialar yalnız seçkiqabağı avam camaatın arasında səs toplamağa xidmət edir. Heç kəs Ermənistanı Avropa İttifaqına qəbul etmir. Hətta ola bilər ki, Ermənistanın Aİ-yə qəbul olmaq şansı yetişəndə bu ittifaq artıq dağılsın.

Bu, mənasız bir söhbətdir. Türkiyə 40 ildir çalışır ki, Avropa İttifaqına daxil olsun, ola bilmir. Avropa İttifaqının özünün inkişaf potensialı artıq tükənib. Obyektiv olaraq, Ermənistan Rusiyadan asılıdır. Xarici ticarət dövriyyəsinin əsas payı Rusiyanın üzərinə düşür. Ermənistan ordusu Rusiya silahları ilə silahlanır. Odur ki, bu təbii münasibətdir və qeyri-adi heç nə yoxdur. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri