Icma.az
close
up
RU
Jurnalist tox olarsa, basılmaz Vətən… Təbriz VƏFALI YAZIR

Jurnalist tox olarsa, basılmaz Vətən… Təbriz VƏFALI YAZIR

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Təbriz VƏFALI

***

Dünən qaynımın azyaşlı oğlu Baləmi ilk dəfə evimizə qonaq gəlib. Salamdan-kəlamdan, kef-əhvaldan sonra nəfəsini dərməmiş, təri qurumamış başladı məni sorğu-suala tutmağa. Ardı-arası kəsilməyən saysız-hesabsız sualları bir ucdan döşədi qabırğama. Zalım oğlu yorulmaq, dayanmaq bilmədi ki, bilmədi. Sanki balaca qonağım müstəntiq, mən də ya terrorçuyam, ya mütəşəkkil cinayətkarlıqla məşğul olan qatı və təhlükəli cinayətkaram, ya da kontrabanda işinin mahir ustası olan qaçaqçıyam. 

Hələ onun bəzi suallarını eşidəndə qaldım mat-məəttəl, matım-mutum qurudu, gözlərimi döydüm, həmin sualları cavablandırmaqda çətinlik çəkdim. Sualları da jurnalistikamız və media əhlimiz barədə idi. 

Qaynımın oğlu soruşdu ki, Azərbaycanda nə qədər jurnalist var?

Dedim ki, cibində jurnalist vəsiqəsi gəzdirənlərin sayı 50 min nəfərdən çoxdur. Onlardan 2-3 min nəfəri peşəkarlar, qalanları həvəskarlar və qeyri-peşəkarlardır. 

Baləmi soruşdu ki, bəs peşəkar jurnalistlər kimlərə deyirlər?

Cavablandırdım ki, ruhən jurnalistikadan asılı vəziyyətə düşən, beyni və ürəyi media tərəfindən əsir alınan, yazı yazmağı gündəlik qida, hava və su hesab edən, vicdanını, qələmini şan-şöhrətə, var-dövlətə satmayan şəxsə peşəkar jurnalist deyilir.  

Qonağım fikirləşmədən soruşdu ki, əsl jurnalist, peşəkar jurnalist kök olmalıdır, ya arıq?

Cavab verdim ki, ay oğul, gerçək jurnalist dediyin piyada gəzməkdən, ac-susuz və yuxusuz qalmaqdan, az masala bütün günü qul kimi, kölə kimi işləməkdən arıq olmalıdır. O qədər arıq olmalıdır ki, iynənin dəliyindən keçməlidir. 

Onun növbəti sualı belə oldu ki, Azərbaycanda hər hansı bir jurnalistə Nobel mükafatı verilibmi?

Dedim ki, şirin balam, noğul balam, hələ indiyədək media əhlimizdən kimsə həmin mükafatı ala bilməyib. Amma əsəb-sinir və ürək-damar xəstəliklərindən, həmçinin stressdən əziyyət çəkməyən jurnalist tapılsa, ona mütləq Nobel mükafatı verəcəklər.

Qaynımın oğlu sual verdi ki, bəs Azərbaycan jurnalistikasında pullu sıravi jurnalistlər çoxdurmu?

Cavab verdim ki, a bala, pullu adamın mətbuatda nə iti azıb?

Pullu adam biznesmen olar, obyekt sahibi olar. Pullu adamın nəyinə lazımdır ki, 5-10 manatdan ötrü bütün günü kompüterin qabağında əyləşə, bədəni qulunc ola, qozbelləşə, yazı yazmaqdan barmaqlarını qabar edə, gözlərinin qarasını ağarda, beynini şişirdə, işdən evə qayıdanda onun bərəlmiş gözlərini, solmuş, qaçmış bənizini, yırğalanan bədənini və başını görənlər onu narkomana, dəliyə bənzədə.

Baləmi soruşdu ki, bəs sıravi jurnalistlər toylara, şənliklərə, restoranlarda yeyib-içməyə getmirlərmi, xarici ölkələrə səyahət etmirlərmi? 

Bu sualı eşidəndə sanki əl-ayağım boşaldı, boğazım düyümləndi, beynim durdu, handan-hana dərindən ah çəkib udquna-udquna dedim ki, ay qadan alım, ay başına dönüm, Azərbaycanda jurnalistika bu peşəni seçən vicdanlı şəxsləri ac qoyan sənətdir. Quruca maaşın, qəpik-quruşun ümidinə qalmış və aylıq maaşı 40-50 gündən bir alan, kirayələrdə ömürlərini çürüdən, həyatlarını puç edən, övladlarının üzünə dik və şax baxmağa utanan jurnalist toya dəvət dəvət olunanda onun bir gözü ağlayır, bir gözü gülür. Qohum-əqrəbadan, dost-tanışdan, qonum-qonşudan borc pul götürüb toya gedən jurnalist sanki tikan üstündə oturur, toy şənliyi bitənə kimi borcu necə qaytaracağını fikirləşdiyindən boğazından bir tikə keçmir, bir içimlik su içə bilmir. Sonra da deyirlər ki, ay jurnalist, pozitiv ol, neqativ şeylər yazma…

Elə bu dəmdə Allah üzümə baxdı, bəxtim üzümə güldü, mobil telefonuma zəng gəldi, zəng edən müdirim vacib işlə bağlı məni idarəyə çağırdı, evdən təcili çıxdım. Bununla da Baləminin yaralarımın qaysağını qopardan, ürəyimi ağrıdan suallarından yayınmağa müyəssər oldum… 

Bir neçə saatdan sonra evə qayıdanda Baləmi əlindəki kağızı mənə uzadaraq dedi ki, əmi, rəhmətlik Səməd Vurğun babama nəzirə yazmışam, oxu. 

Kağızda yazılmışdı: 

“Gərək ac qalmasın media əhli,

Jurnalist tox olarsa, basılmaz Vətən”…

MİA.AZ
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 İyul 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri