Icma.az
close
up
RU
Kadi Borges: “Azarkeş sənin yerinə meydana çıxıb qaçmır”

Kadi Borges: “Azarkeş sənin yerinə meydana çıxıb qaçmır”

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Çelsi”yə qarşı evdə oynayacağıq, azarkeşlərin də dəstəyi olacaq. Amma heç vaxt azarkeş sənin yerinə meydana çıxıb qaçmır, sənin üçün qələbə qazanmır. On bir nəfər o bir nəfərə qarşı meydanda mübarizə aparacaq”.

“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges növbəti həftə Bakıda UEFA Çempionlar Liqasının IV turunda İngiltərənin “Çelsi” klubuna qarşı keçiriləcək oyuna hazırlaşmadıqlarını bildirib: “Hələ hazırlıqlara başlamamışıq. Sabahdan etibarən bu oyuna hazırlaşacağıq. Qələbə qazanmaq və yaxşı nəticə əldə etmək üçün çox qaçmalı, meydanda mübarizə aparmalıyıq. Azarkeşlərin dəstəyi çox vacibdir, amma biz də nəsə ortaya qoymalıyıq”, - deyə teleqraf-a açıqlamasında deyib.

Kadi Azərbaycan Premyer Liqasının X turunda səfərdə “İmişli”ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə də danışıb:
“Çətin oyun oldu. Ümumiyyətlə, beşli müdafiə və qarşılarında üç hücumçu ilə oynayan komandaya qarşı mübarizə aparmaq həmişə çətin olur. Səbrlə çıxış etdik, bir neçə qol imkanı yaratdıq. Düzdür, bir neçəsini qaçırdıq, amma çox şükür ki, qalib gələ bildik. Ümumiyyətlə, bu tip oyunlarda çıxış yolu tapmaq və qələbə qazanmaq çox önəmlidir.

Rəqib komanda bu il elitaya yüksəlib deyə, hər kəs onlara necə gəldi qol vurmalı deyil. “İmişli” yaxşı komandadır. Oyunda da gördünüz ki, birəbir mübarizələrdə yaxşıdırlar, üstəlik, beşli müdafiə ilə oynayırdılar. Belə oyunlarda asanlıqla qol vurmaq mümkün deyil. O demək deyil ki, debütant komandadır deyə, hər gələn onlara beş top vurmalıdır. Pis komanda deyillər, çox qapalı oynayırlar. Çətinliklə də olsa, bu müdafiəni yarıb boşluqlar tapıb qələbə qazana bildik”.

Braziliyalı futbolçu “Çelsi” ilə görüşə hazırlıqlar üçün yetərincə vaxt olduğunu düşünür: “Görürsünüz ki, istənilən rəqibə qarşı eyni fəlsəfə, eyni sistem və eyni oyun tərzi ilə çıxış edirik. Ona görə də baş məşqçinin sırf “Çelsi” ilə oyuna görə hansısa ciddi dəyişiklik etməsi gözlənilmir. Bu oyun da özlüyündə həmin matça bir hazırlıq idi. Mənə elə gəlir ki, bütün oyunlara eyni formada hazırlaşmaq lazımdır. Peşəkar futbolçu kimi mən oyunlar arasında fərq qoymuram. Təbii ki, bu oyun başa çatdı, növbəti oyun isə yeni və vacib qarşılaşmadır”.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri