Icma.az
close
up
RU
“Kadillak” “Formula 1” ailəsinə qoşulmaq üçün 450 milyon ödəyib!

“Kadillak” “Formula 1” ailəsinə qoşulmaq üçün 450 milyon ödəyib!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Formula-1” baha əyləncədi. “Kral avtoyarışları” öz qayda-qanunları, pozulmaz sxemləri olan qapalı liqaya, mühafizəkarlıq qalasına bənzəyir.

Düzdü, bəzən burda da istisnalar olur. Məsələn, “Formula-1” rəhbərliyi uzun müddət çempionat iştirakçılarının sayının 11-ə çatdırılmasıyla bağlı ideyaya müqavimət göstərsə də, nəhayət, “buz yerindən tərpəndi”. Amerikanın “Kadillak” komandası iştirakçılar sırasına qoşulmaq üçün 450 milyon dollar üzvlük haqqı ödəyib. “Racingnews365” portalının yaydığı xəbərə görə, bu məbləğ hazırda dünya çempionatında iştirak edən 10 komanda arasında bölüşdürüləcək.
Xatırladaq ki, məhz bu ilin martında “Formula-1” rəhbərliyi “Kadillak”ın 2026 mövsümündən çempionatın 11-ci iştirakçısı olacağını təsdiqləyib. Dünya çempionatında sonuncu dəfə 10-dan artıq komanda 2016-cı ildə çıxış edib.
“Kadillak”ın turnirə qatılmasının başqa komandalara iqtisadi təsiri haqda “Haas”ın sabiq rəhbəri, indi şərhçi kimi çalışan Günter Ştayner də danışıb:

“Bütün detalları bilmirəm, ancaq həmişə o fikirlə olmuşam ki, ortada tort var və biz onu 10 hissəyə bölməliyik. Tort istəyən 11-ci komanda da peyda olursa, onda bütün parçalar balacalaşır, təbii ki, tort böyümürsə. “Formula-1” rəhbərliyinin məqsədi həmişə belə olub ki, mövcud komandalar belə addımların mənfi fəsadlarını hiss etməsinlər. “Kadillak”ın bu məclisə nə gətirəcəyi ilə bağlı informasiyaya çıxış imkanım yoxdu. Ancaq düşünürəm ki, tort böyüyəcək. Qalan 10 komanda əvvəlki qədər qazanacaqsa, niyə də olmasın?!”
Bu arada “Formula-1” komandalarından “Alpin”in icraçı müşaviri Flavio Briatore də maraqlı açıqlama verib. Onun fikrincə, “Ferrari” rəhbərliyi Lüis Hemiltonla müqavilə bağlamaqla səhvə yol verib: “Hemilton “Mersedes”də önəmli uğurlara nail olub, həmçinin komandanın quruluşu, orda gedən proseslər ilə yaxından tanışdı. Mən “Ferrari”nin yerində olsaydım, onu komandaya götürməzdim. Bu komandada onsuz da iki güclü pilot – Şarl Lekler ilə Karlos Sayns var idi. Lüisin parlaq marketinq kampaniyasını bir kənara qoysaq, görərik ki, Şarl təsnifat yürüşlərində özünü ən sürətli və yaxşı pilotlardan biri kimi göstərdi. Karlos isə, necə deyərlər, bərk qozdu. Bu, əla duet idi, ancaq “Ferrari” rəhbərliyinin başqa planı var imiş”.
Dördqat dünya çempionu Maks Ferstappenin atası, sabiq “Formula-1” pilotu Yos Ferstappen də danışıb. Onun dediyinə görə, oğlu artıq çoxdan “Red Bull”da qalmağa qərar verib: “Bu qərarı xeyli əvvəl vermişik. Biz komandaya etibar edirik, ancaq nəsə plan üzrə getməsə, bunun günahı Maksda olmayacaq. Komanda yüksək səviyyəsini qorumalı, maşını daha yaxşı duruma gətirməlidi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Mart 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri