Icma.az
close
up
RU
Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi...

Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu gün çox üzücü bir gündür. Bütün sənət dünyasının başı sağ olsun. Türk kinosunun sütunlarından biri olan Kadir İnanırın dünyadan köçməsi bütün Türkiyə üçün çox ağır bir itkidir. Kadir bəyi yaxından tanıdığım üçün inanılmaz dərəcədə onun itkisinə üzgünəm. Türk dünyası böyük insanı və sənətkarını itirdi.

Kult.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Türkiyədə yaşayan tanınmış aktrisa, əməkdar incəsənət xadimi Məlahət Abbasova deyib.

“Mən çox xoşbəxtəm ki, Kadir İnanırla iki layihədə görüşmüşəm. İlk tanışlığım bir reklam filmi idi. Orada həyat yoldaşı rolunu oynamışdım. Türkiyənin ilk reklamlarından biri olduğuna görə dəqiqəsi böyük idi. Demək olar ki, iki gün çəkildi. Mən orada iki böyük sənətkarla-həm Kadir İnanırla, həm də rejissor Sinan Çətinlə görüşüb tanış oldum. Mənim ifa etdiyim rola görə çox sənətçi kastinq olunmuşdu, amma Kadir İnanır kimi bir sənətkarla çəkilmək mənim payıma düşdü. Kadir İnanır özü qərar vermişdi ki, onun həyat yoldaşı roluna mən çəkilim. O sadəcə həyat yoldaşı olaraq məni seçmişdi. Bu mənim üçün böyük xoşbəxtlik idi. Orada tanış olduq, azərbaycanlı olduğumu biləndə ölkəmiz haqda ağız dolusu danışdı və Bakıya gəlmək istədiyini bildirdi. Hətta məndən soruşurdu ki, “biz oralarda çoxmu tanınırıq?”. Deyirdim ki, əlbəttə ki, çox tanınıb və sevilirsiz. Fasilələrdə məndən Azərbaycan mahnıları oxumağımı xahiş edirdi. O qədər zəhmi var idi ki, ona “yox” deyə bilmirdim. 2 gün boyunca mən ona mahnılar oxudum”, - aktrisa əlavə edib.

“Uzun illərdən sonra mən onunla birlikdə “Dərman bəy” serialında çəkildim. Yenə də orada çəkilən aktyorlara Kadir İnanır qərar vermişdi. Kino sahəsində onun bir çəkisi var idi. Kadir İnanırın sözünün qarşısında heç kim bir kəlmə deyə bilməzdi. O kimi seçirdisə o da çəkilirdi. Kastinq şirkətindən mənə demişdilər ki, Kadir bəy sənin şəkilini görəndə “aa, bu Azərbaycan qızıdır, bacımı oynaya bilər” demişdi. Orada da Kadir bəyin razılığı olmuşdu. Onunla təkrar qarşılaşdıq, məni görəndə inanılmaz dərəcədə sevindi. Biz 1 ilə yaxın Quşadasında çəkilişlərdə olduq. Axşamlar otelin foyesində bütün yaradıcı kollektivlə söhbətlərimiz olurdu. Bu serialda Nəbahət Çəhrə, Haluk və Can bəy və s. aktyorlar da çəkilirdi. Kadir bəyin bacısı rolunu oynamaq mənim üçün böyük qürur idi”, - deyə o bildirib.

Aktrisa Kadir İnanırın ömrünün son illərindən də danışıb:

“Kadir bəy çox zəhmli bir insan idi. Kaprizləri var idi. Onun sözünün qabağında heç kim heç nə deyə bilməzdi. O çəkilişə gələndə meydançada sakitlik olurdu. İnsanlara sayğısı böyük idi. Kadir bəyin o görünüşündən çəkinirdim. Amma Allahından məni çox istəyirdi. Bir gün də serial çəkilişində nəsə baş vermişdi, çox əsəbi idi. Məni yenidən çağırıb dedi ki, “çox əsəbiyəm, mənə bir Azərbaycan mahnısı oxu”. Mən də bir az qorxdum, daha sonra onun üçün mahnı oxudum. Çəkiliş kollektivi də onun xasiyyətini bilirdi. Zarafatca mənə deyirdilər ki, “gördün əsəbləşir, bir Azərbaycan mahnısı oxu sakitləşsin”. Təsəvvür edirsiz, bir ilin içində bəlkə də “Ayrılıq”, “Pəncərədən daş gəlir”, “Sarı gəlin”, “Daşlı qala” mahnılarını onun üçün 70 dəfə oxumuşdum. Onun həyat yoldaşı Jülide Kural da bizim teatrın aktrisasıdır. Julide xanımın vasitəsilə ona tez-tez salam göndərirdim. Yanına getmək istəyirdim, hətta yoldaşına da zəng edəcəkdim. Amma bilirdim ki, çox çəki atdığına görə heç kimlə görüşmək istəmirdi. Heç kimin onu bu vəziyyətdə görməsini istəmirdi. Onun məsləhətləri, tövsiyyələri üçün çox darıxacam”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 İyun 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri