Icma.az
close
up
RU
Kadırovun oğlu üzə çıxdı Yeni sensasion iddialar

Kadırovun oğlu üzə çıxdı Yeni sensasion iddialar

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Adam Kadırov yanvar ayında baş verən qəzadan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdır, onun döydüyü məhkum həbsxanadan yoxa çıxıb

Demokrat.az Musavat.com-a istinadən xəbəır verir ki, Çeçenistan lideri Ramzan Kadırov respublikanın təhlükəsizlik qüvvələri komandirləri ilə görüşün videosunu yayımlayıb. Videoda onun çoxdandır ictimai yerlərdə görünməyən oğlu Adam da yer alıb. 
Bildirilir ki, bu, Adam Kadırovun yanvar ayında baş verən qəzadan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmasıdır. Videoda Adam Ramazan ayında keçirilən tədbirlərdən bəhs edir. Müsəlmanların müqəddəs ayı 17 fevraldan 19 marta qədər davam etdiyi üçün ehtimal ki, videoyazı yenidir.
Adam Kadırov 16 yanvarda Qroznıda avtomobil qəzasına düşüb. Məlumatında bildirilirdi ki, o, yüksək sürətlə maşın sürərkən idarəetməni itirib. İddiaya görə, qəzada digər avtomobilin sürücüsü ölüb.
Bundan sonra Adam Kadırov Moskvadakı Botkin adına xəstəxanaya yerləşdirilib və orada təxminən üç həftə müalicə kursu keçib.
O, fevral ayında xəstəxanadan çıxıb. Mənbənin məlumatına görə, Adam həyati təhlükəsi olmayan xəsarətlər alıb. Qəzanın yeganə ciddi nəticəsi görmə sinirinin zədələnməsi olub.Çeçenistan liderinin oğlunun üç cangüdəni də qəzadan sonra ictimaiyyətin gözündən itib.
Onlardan ən azı ikisi — Bislan Kaimov və Apti İrasxanov da Adamınkından daha ağır xəsarətlərlə Moskvaya təxliyə ediliblər. Çeçenistanın Telegram kanalının yazdığına görə, Kaimov hətta ömürlük iflic qala bilər.

Bu arada “kavkaz.realiy” 2023-cü iln yayında Quranı yandırdığına görə Adam Kadırovun nümayişkarənə döydüyü Nikita Juravel barədə sensasion iddia yayıb. Bildirilir ki, Nikita Juravel həbsxanadan yoxa çıxıb.
 Juravelin vəkili Andrey Sabininin Prezident İnsan Hüquqları Şurasının üzvü Yeva Merkaçevaya göndərdiyi məktuba görə, dekabrın 24-də ailəsi ona Ulyanovskdan göndərdiyi məktubu alıb və bundan sonra o, yoxa çıxıb.
Vəkil Merkaçevadan axtarışında kömək etməsini xahiş edərək "Ailəm və mən Nikitanın həyatı və sağlamlığı üçün narahatıq, xüsusən də onun sağ olduğuna dair heç bir dəlil olmadığı üçün" yazıb. Sabinin əlavə edib ki, Juravelin 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrına qədər saxlanıldığı Volqoqraddakı istintaq təcridxanasında ona valideynləri ilə uzun müddət görüşmək hüququndan qanunsuz olaraq imtina edilib.
Yada salaq ki, Quranla bağlı hadisəyə görə o vaxt 15 yaşında olan Adam Kadırov Nikitanı döymüşdü. Yeniyetmə məsuliyyətə cəlb olunmaq əvəzinə, dövlət mükafatları və vəzifələr aldı.
27 fevral 2024-cü ildə Qroznıdakı məhkəmə Juraveli Quran yandırma işi üzrə üç il yarım həbs cəzasına məhkum etdi. O, dini hissləri təhqir etməkdə və "dini nifrət"dən qaynaqlanan xuliqanlıqda günahkar bilindi.
2024-cü ilin oktyabr ayında isə gəncin dövlətə xəyanətdə ittiham olunduğu bildirildi. Bunun təsdiqi və ya Quran yandırma videosunda onun iştirakına dair birbaşa dəlil yoxdur. İnsan haqları fəallarının sözlərinə görə, istintaqın və məhkəmənin əsas əsası Juravelin etirafı idi, lakin bu, çox güman ki, təhlükəsizlik qüvvələrinin təzyiqi altında əldə edilib.
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:399
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Mart 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri