Kadr dəyişikliyi islahat deyil, cənablar!
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hər hansı bir nazir , hər hansı bir komitə sədri, hər hansı bir icra başçısı vəzifəyə təyin olunanda kadrları dəyişdirir.Yəni köhnə əməkdaşı çıxarıb yenisi ilə əvəzləyir.
Bunalar hamısı normaldır. Normal olmayan odur ki, kadr dəyişikliyinə islahat deyilir.Hələ çoxları bilmir ki, islahat nə deməkdir! Kadr dəyişikliyi islahat deyil, cənablar! İslahat odur ki, sistemi , idarəetməni dəyişirsə, mövcud rüşvət mənbələrini, bürokratiyanı, süründürməçimiyi aradan qaldırırsan və haqq- ədaləti bərpa edirsən. Vəzifəyə də elə adamlar təyin edirsən ki, insanlar ondan razı qalır. Amma bizdə biri gedib, bir biri gəlir və öz yaxın adamlarını vəzifəyə təyin edir, heç nə dəyişmir.
Riyazi dildə demiş olsaq, toplananların yerinə dəyişəndə cəm dəyişmir.Eyni zamanda təzə gələn vəzifəli şəxs camaata bir divan tutur ki, dədəsinin toyu yadına düşür.Daha doğrusu, yeni vəzifəyə təyin olunan köhnənin ölənlərinə rəhmət oxutdurur! Bəlkə, yalan deyirik, belə deyil? Bu qədər vəzifəyə yeni kadrlar təyin edilib. Nə dəyişib? Yenə köhnə hamam , köhnə tasdır!!!
Emil FAİQOĞLU
Baxış sayı:50
Bu xəbər 18 Fevral 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















