Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Bankların keşbek faizləri Yanvar 2026

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Kafe sahibinin qohumu müştəriyə ağır xəsarət yetirdi TƏFƏRRÜAT

Kafe sahibinin qohumu müştəriyə ağır xəsarət yetirdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Xətai rayonunda “Damla” kafesində baş verən mübahisə sonda cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 17 iyun 2022-ci ildə baş verib. Qubadlı rayon sakini Seymur qohumunun icarəyə götürdüyü “Damla” kafesində olarkən, dostları ilə birlikdə nahar edən Şahinin mübahisə yaratdığını görüb. 
Bu zaman o, Şahinin hesabı ödəməyərək əsassız mübahisə etdiyi üçün yaratdığı münaqişəyə müdaxilə edib. Qisas almaq məqsədilə istintaqa məlum olmayan bərk küt əşya ilə onu vurub. 
Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, yeznəsi işlətmək üçün icarəyə kafe götürüb : “Mən də həmin kafedə ona işlərində kömək etmişəm. Hadisə günü yeznəm kafedə qalmağımı xahiş etdi və bildirdi ki, bazarlıq üçün gedərək alış-veriş edəcək. Mən də kafeyə gəldim və orada gördüm ki, yeznəm yerdə uzanıb və Şahin də əlini gözünə tutaraq stolda oturub. Şahinin gözündən qan gəldiyini bilməmişəm. Mən içəri girəndə içəridə yeznəm, Şahin və 2 nəfər polis işçisi olub. Daha sonra Şahini xəstəxanaya, yeznəmi isə polis idarəsinə apardılar. Hadisədən 1 həftə sonra məni polis idarəsindən çağıraraq izahatımı aldılar, sonra sərbəst buraxdılar”. 
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Tatarıstana gedib və orada işləməyə başlayıb: “Orada olduğum vaxt polis əməkdaşları mənim əvvəllər yaşamış olduğum evə gəldilər və bildirdilər ki, bu işə görə “İnterpola” axtarışına verilmişəm. Daha sonra ölkəyə geri qayıdaraq polis idarəsinə getdim. Mən hadisənin baş verdiyi gün kafeyə nahardan sonra gəlmişəm. Şahini də ilk dəfə orada görmüşəm. Sübhan ilə münasibətlərim yaxşı olmasına baxmayaraq polis mənə bildirdi ki, adımı Sübhan verib. Sübhana zəng edərək səbəbini soruşdum. O, da məcburiyyət qarşısında qalaraq adımı verdiyini bildirdi”.
İş üzrə zərərçəkmiş Şahinin sözlərinə görə, iyunun 17-də, saat 12 radələrində “Damla” kafesində tanışları - Qəhrəman və Bayram ilə birlikdə yeyib-içib: “Daha sonra ilk öncə Bayram, sonra isə Qəhrəman kafedən getdi. Buna səbəb Qəhrəman ilə Bayramın Rusiya-Ukrayna müharibəsini ucadan müzakirə edərkən kafeni işlədən şəxsin onların əyləşdiyi masaya gələrək irad bildirməsi olub. Bizə irad bildirildikdən sonra Qəhrəman və Bayram kafedən getdi. Mən isə kafedə qaldım. Bir müddət sonra adını bilmədiyim ofisiant yaxınlaşdı və hesabı məndən tələb etdi. Mən isə ofisianta çay gətirməyini bildirdim. Ofisiant isə çay gətirməkdən imtina etdi. Mən də onun üstünə qışqırdım. Bu zaman mənim üzərimə hücum çəkildi. İlk öncə üzərimə hücum çəkənlərdən biri əlində olan hansısa əşya ilə gözümdən və sifətimdən vurdu. Zərbənin təsirindən yerə yıxıldıqdan sonra həmin şəxslər məni yerdə təpiklədilər. Bir müddət sonra kafeyə polis əməkdaşları gəldi və məni xəstəxanaya çatdırdılar”. 
Zərərçəkmiş qeyd edib ki, zərbənin təsirindən huşunu itirib və yerə yıxıldığı üçün onu təpikləyən şəxsləri görə bilməyib. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymurun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq olmaqla 3 il
6 ay şərti cəza təyin olunub. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Yanvar 2026 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see407

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see189

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see160

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see149

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see149

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see148

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see147

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see143

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see142

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see138

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri