Icma.az
close
up
RU
Kafe sahibi ofisiant işləyən qadına xəsarət yetirdi TƏFƏRRÜAT

Kafe sahibi ofisiant işləyən qadına xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Xəzər rayonunda kafe sahibi ilə ofisiant işləyən qadın arasında dava olub. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 24-də Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən “Talış mətbəxi” adlı kafedə baş verib. 
Lerik rayon sakini, 1970-ci il təvəllüdlü Hikmət həmin gün gecə saat 01:00-da kafedə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiət edən qərəzli hərəkətlər edib. 
O, kafedə xidmətçi işləyən Sevdanı heç bir əsaslı səbəb olmadan onun sinəsindən qəsdən zərbə ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Hikmətin barəsində Cinayət Məcəlləsinin 221.1-ci  (xuliqanlıq - yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Binə qəsəbəsində olan “Talış mətbəxi” adlı kafeni icarə əsasında işlədir: “Aprelin 24-də, gecə saat 01:00-da həmin kafeyə getdim. Həmin vaxtı kafedə təxminən 7 nəfər müştərinin olduğunu gördüm. Bu vaxt Məlahət evə getmək istədiyini bildirdi. Mən də Məlahətə “kafedə hələ müştəri var, müştərini yola salıb, səni taksi ilə yola salacam” dedim. Məlahət isə mübahisə edərək təhqiredici sözlər işlətdi, stolun üstündə mənə məxsus qabları və stəkanları yerə çırparaq sındırmağa başladı. Bu səbəblə də əsəbləşərək əlim ilə onun sinəsindən kənara itələdim. Sonra kafedən çölə çıxarmaq istəsəm də, Məlahətin buna imkan vermədi, mənimlə əlbəyaxa oldu. Məlahətin sinəsindən əlim ilə bir zərbə vuraraq sakitləşdirmək istədim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə, aprelin 23-də işlədiyi iş yerinə gedib: “Axşam saatlarında Hikmətə bir yerə qonaq gedəcəyimi və kafeyə onun baxmağını xahiş etdim. Aprelin 24-də, gecə saat 01:00-da Hikmət kafeyə gəldi. Hikmətə evə getmək istədiyimi, çox yorulduğumu dedim. Həmin vaxt təqsirləndirilən şəxs pivə bakalını yerə çırparaq sındırdı. Daha sonra əsəbləşərək sinəmdən qəsdən yumruq zərbəsi ilə vurdu. Bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 qaynat xəttinə zəng edərək hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Hikmət 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xəzər rayonu ərazisini tərk etməmək vəzifəsi qoyulub. 
Ona məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 İyul 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri