Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Kafedə musiqi sifarişi üstündə dava Xəsarət alan var

Kafedə musiqi sifarişi üstündə dava Xəsarət alan var

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Balakən rayonunda 1992-ci il təvəllüdlü Musa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Abbasa (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 28 may 2023-cü ildə baş verib. Musa həmin gün sərxoş vəziyyətdə Balakən şəhərində yerləşən “Piramida” adlı kafedə kafenin 3-cü masasında pivə içərkən, pivə bokalını qəsdən masanın üzərindən götürərək atıb. 
Bakal kafedə barın qarşısında yuxarıda asılmış vəziyyətdə olan 1000 manat dəyərində “LG” markalı televizorun ekranına vurub. 
Daha sonra kafedə barın arxasında əyləşmiş Abbasın üzərinə hücum çəkib. 
O, sağ əli ilə onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurub. 
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində iki azyaşlı övladı var:
“Lakin ailə qurduqdan sonra şəxsiyyət vəsiqəmi dəyişmədiyimə görə sənəddə subay olmam qeyd edilib. Əvvəllər hər hansı fiziki və ya pxisi xəstəliklər keçirməmişəm. Rəsmi olaraq heç yerdə işləmirəm, lakin bəzi vaxtlarda fəhləlik edərək pul qazanmışam, ailəmi dolandırıram”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 27-də, günorta saatlarından sonra gəzmək üçün şəhər ərazisinə çıxıb, Balakən şəhəri ərazisində yerləşən mərkəzi bazarda olan vaxt əmisi oğlu Əfsən və kürəkəni Mahirlə rastlaşıb: 
“Mahirlə görüşərək söhbət edən zaman birlikdə kafeyə gedib pivə içməyi təklif etdi. Mahir isə əmisi oğlu tərəfindən qonaq çağırıldığını və onlara gedəcəyini bildirdi. Mən də həmin vaxt Bəhlulun evinə qonaq getmək istədiyimi Mahirə dedim. Bundan sonra onunla birlikdə Bəhlulun evinə getdik. Onlarda  iş yoldaşım Pərviz adlı şəxsin də orada olduğunu gördüm. Beləliklə, biz dördümüz birlikdə yemək yedik, 1 litr araq içdik. 
Həmin tarixdə artıq axşam saatlarında pivə içmək üçün yaxınlıqda yerləşən “Piramida” adlanan kafeyə getmək barədə qərara gəldik. Bundan sonra hamımız birlikdə evdən bayıra çıxdıq. Lakin Mahir bizimlə birlikdə kafeyə getmək istəmədi və orada sağollaşaraq evinə getdi. Bəhlul, Pərviz, və mən “Piramida” adlı kafeyə getdik. 
Biz kafeyə getməmişdən əvvəl əmim oğlu Bəhlul həmin kafeni işlədən Abbasa zəng edərək bizim üçün masa ayırmasını xahiş etdi. Biz kafeyə çatanda orada sonradan adının Rasim olduğunu bildiyim bir ofisiant olub və həmin ofisiant bizi qarşılayaraq 3-cü masada əyləşdirdi”.
Musanın ifadəsinə görə, daha sonra onlar pivə sifariş edərək içməyə başlayıblar: 
“Bir qədər sonra üzdən tanıdığım, lakin adını bilmədiyim bir oğlan da gələrək bizimlə masasında əyləşdi və pivə sifariş edərək içməyə başladı. Lakin həmin vaxt kafedə başqa heç kim olmadığına görə, həmçinin gecə saatları olduğuna görə biz həmin şəxsin masamızda əyləşərək pivə içməsinə heç bir etiraz etmədik. Bir qədər sonra da kafeni işlədən Abbas kafeyə gəldi və zalda olan barın arxasına keçərək oturdu. Biz isə pivə sifariş verərək içməyə davam etdik”. 
Musa qeyd edib ki, təxminən gecə saat 1 radələrində kafedə ofisiant işləyən Rasim adlı şəxsi yanına çağırıb və musiqiyə qulaq asmaq istədiyini bildirib, zalda olan televizoru quraşdırmasını xahiş edib:
“Lakin Rasim adlı ofisiant gecə saatlarında televizorun açılmasının və musiqiyə qulaq asılmasının Abbas tərəfindən qadağan edildiyini bildirdi. Mən də sərxoş olduğuma görə musiqiyə qulaq asmaq istədim. Buna görə bir qədər sonra kafeni işlədən Abbası səsləyərək oturduğumuz masaya çağırdım. 
Hətta, Abbasın oturduğumuz masaya çağırmasını Rasim adlı ofisiantdan da xahiş etdim. Lakin Abbas çağırışlarıma məhəl qoymadı. Buna görə əsəblərimi cilovlaya bilmədim və masadan qalxaraq pivə içdiyim bokalı götürərək Abbas oturan tərəfə atdım. Həmin vaxt pivə bokalı barın qarşı tərəfində yuxarıda asılmış televizora dəydi və televizorun ekranı sındı. 
Bundan sonra da əsəblərim sakitləşmədi. Mən Abbası vurmaq üçün onun üstünə getdim. Həmin vaxt Abbas zalda olan barın arxasında əyləşdi. Mən barın ön tərəfinə çatan kimi sağ əlim ilə Abbasın sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurdum. 
Daha sonra barın arxasına keçdim və Abbası yenidən döymək istədim. Bu zaman yanımda olan şəxslər gəldi və məni Abbasdan ayırdılar, kafedən bayıra çıxardılar”. 
Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Musa 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 
O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edilməsini istəyib. Onun şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılıb. 
Şikayəti araşdıran hakimlər heyəti sonda qərar veriblər. 
Qərara görə, şikayət təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri